“Azərbaycan Dəmir Yolları”na yeni sözçü təyin edilib
"“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İyulun 31-də keçirilən kollegiya iclasında cari məsələlərlə yanaşı təşkilatı məsələlərə də baxılıb. Aparılan yeni struktur və kadr islahatları nəticəsində Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək onun əvəzinə Mətbuat katibliyi şöbəsi yaradılıb. Cəmiyyətin sədri Cavid Qubanovun müvafiq əmri ilə Natəvan Qənaət qızı Bayramova Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin olunub".
Bu barədə "Marja"ya “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.
Natəvan Bayramova kimdir?
Natəvan Qənaət qızı Bayramova 1984-cü ildə anadan olub. 2001-ci ildə Əzizibəyov rayonu 234 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib və elə həmin ildə də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. 2005-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr təhsili alıb.
2005-ci ildən 2018-ci ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində müxtəlif vəzifələrdə çalışıb. Hal - hazıradək ictimai əsaslarla İctimai Teleradio Yayım Şurasının katibidir.
2018-ci ildən bu günədək Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də İnzibati işlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ailəlidir. 2 övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
10 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
11 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
32 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
37 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
44 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib







.jpg)










.jpg)








