Azərbaycana 295 milyon dollar kredit ayırmağı planlaşdırır
Asiya İnkişaf Bankı (AİB) 2020-2022-ci illərdə Azərbaycana 295 mln. dollar məbləğində kredit ayırmağı nəzərdə tutur.
“Bankın Direktorlar Şurası Azərbaycan üçün 3 illik biznes planı təsdiq edib. Bu biznes plan çərçivəsində respublikaya 295 mln. dollar məbləğində kredit verilməsi planlaşdırılır”, - deyə bankdan agentliyinə bildirilib.
Biznes plana əsasən, AİB bu dövrdə Azərbaycana 3 kredit ayırmağa hazırdır.
Bank 2021-ci ildə ölkə üçün nəzərdə tutulmuş 265 mln. dollar, 2022-ci ildə isə 30 mln. dollar məbləğində krediti ehtiyatda saxlayıb.
Xüsusilə 3 illik dövr ərzində AİB Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, infrastrukturun yaxşılaşdırılması, kiçik və orta biznesə dəstək sahələrində layihələri maliyyələşdirməyə hazırdır.
Bundan başqa, Asiya İnkişaf Bankı 2020-2022-ci illərdə Azərbaycana 5,8 mln.dollar məbləğində texniki yardım göstərəcək.
Eyni zamanda, AİB bir sıra layihələrin hazır olacağı halda 2022-ci ildə respublikaya energetika, təhsil, infrastrukturun yaxşılaşdırılması və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması sahələrində 4 layihəyə 450 mln. dollar məbləğində kredit ayıra bilər.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya 4 mlrd.dollardan çox kredit ayırıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 7 d. əvvəl
- 23 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat



















