“AtaBank” filialını birləşdirdi
Xəbər verdiyimiz kimi, “AtaBank” ASC-nin bazarda mövqeyinin daha da möhkəmləndirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və gəlirliliyinin artırılması üçün islahatlar aparılacaq.
“Marja” xəbər verir ki, islahatlar çərçivəsində filial şəbəkəsinin optimallaşdırılmasına başlanılıb. Məsələn, Bakı şəhərində Heydər Əliyev pr., 91 ünvanında yerləşən “Xəzər” filialı "Nərimanov" filialına birləşdirilib. Artıq bu filialın müştərilərinə 29 İyul 2019-cu il tarixindən etibarən Ə.Rəcəbli küç., 9A ünvanında yerləşən "Nərimanov" filialında xidmət göstəriləcəkdir. Qeyd edək ki, “Xəzər” filialı "Nərimanov" filialına yaxın ünvanda yerləşirdi.
25 İyul 2019-cu il tarixində “AtaBank”ın səhmdarlarının yığıncağı keçirilib. Yığıncaqda Bankda islahatların aparılmasına, o cümlədən Müşahidə Şurasının və İdarə Heyətinin dəyişdirilməsinə qərar verilib. Ətraflı: “AtaBank”a təkan üçün rəhbərliyi dəyişdirilir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 20 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























