Beynəlxalq Bankın son vəziyyəti məlum oldu
BANKIN CƏMİ GƏLİRLƏRİ ARTIB
Azərbaycanın ən böyük bankı "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 2019-cu ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın rüblük maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin 1-ci yarısında 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə ABB-nin cəmi faiz və qeyri-faiz gəlirləri 24 milyon 702 min manat və ya 9,5% artaraq 284 milyon 503 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 2 milyon 283 min manat və ya 1,9% artaraq 120 milyon 460 min manat təşkil edib. Gəlirlərin xərclərdən daha çox artması ilə əlaqədar olaraq Beynəlxalq Bankın əməliyyat mənfəəti də artıb. Əməliyyat mənfəəti ötən ilin 1-ci yarısında 141 milyon 624 min manat ikən, 2019-cu ilin 1-ci yarısında 164 milyon 43 min manat təşkil edib (22 milyon 419 min və ya 15,8% artım).
HƏM FAİZ, HƏM DƏ QEYRİ- FAİZ GƏLİRLƏRİ ARTIB
Ayrı-ayrılıqda gəlirlərin dinamikasına baxdıqda, 2019-cu ilin 1-ci yarısında 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə ABB-nin cəmi faiz gəlirləri 12 milyon 428 min manat və ya 6% artaraq 219 milyon 740 min manata, qeyri-faiz gəlirləri isə 12 milyon 274 min manat və ya 23,4% artaraq 64 milyon 763 min manata yüksəlib.
FAİZ XƏRCLƏRİ AZALIB, QEYRİ-FAİZ XƏRCLƏRİ ARTIB
Ayrı-ayrılıqda xərclərin dinamikasına baxdıqda isə, 2019-cu ilin 1-ci yarısında 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə ABB-nin cəmi faiz xərcləri 14 milyon 969 min manat və ya 23,6% azalaraq 48 milyon 306 min manata düşüb. Qeyri-faiz xərcləri isə 17 milyon 252 min manat və ya 31,4% artaraq 72 milyon 154 min manata yüksəlib.
EHTİYATLARDAN QAYITMALAR ARTIB
Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın bir hissəsinin azad olması hesabına Beynəlxalq Bankın mənfəəti daha da artıb. Cari ilin 1-ci yarısında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 136 milyon 297 min manat azad olması sayəsində Beynəlxalq Bankın mənfəəti 300 milyon 340 min manata yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 88 milyon 169 min manat azad olması hesabına Bankın mənfəəti 229 milyon 792 min manata yüksəlmişdi. Beləliklə, bu ilin yanvar-iyun dövründə Beynəlxalq Bankın xalis mənfəətindəki 70 milyon 548 min manat artımın 22 milyon 419 min manatı gəlirlərin artması, 48 milyon 128 min manatı daha çox ehtiyatın azad olması hesabınadır.
Beləliklə, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 300 milyon 340 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 70 milyon 548 min manat və ya 30,7% çoxdur.
BANK BÖYÜYÜB
30 İyun 2019-cu il tarixində “Azərbaycan Beynəlxalq Bankı” 8 milyard 487 milyon 726 min manat cəmi aktivlərə malik olub. Bank 30 İyun 2018-ci il tarixində 7 milyard 615 milyon 553 min manat, 31 Dekabr 2018-ci il tarixində isə 7 milyard 932 milyon 771 min manat cəmi aktivlərə malik idi. Qısası, “Azərbaycan Beynəlxalq Bankı”nın aktivləri ötən ilin birici yarısının sonu ilə müqayisədə 872 milyon 173 min manat və ya 11,4%, ötən ilin sonu ilə müqayisədə isə 554 milyon 955 min manat və ya 7% artıb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Aktivlərin artmasının bir hissəsi müştərilərə verilən kreditlərin artması ilə bağlıdır. Belə ki, ötən ilin 1-ci yarısının sonu ilə müqayisədə “Azərbaycan Beynəlxalq Bankı”nın müştərilərə verdiyi kreditlər 340 milyon 889 min manat və ya 20,3% artaraq 2 milyard 16 milyon 858 min manata çatıb. Bankda hüquqi şəxslərin depozitlərinin artması ilə əlaqədar olaraq likvid aktivlər də artıb.
ŞİRKƏTLƏRİN HESABLARINDAKI VƏSAİTLƏRİ ARTIB
“Azərbaycan Beynəlxalq Bankı”nda şirkətlərin vəsaitləri artıb. Belə ki, ötən ilin 1-ci yarısının sonu ilə müqayisədə hüquqi şəxslərin tələbli depozitləri 923 milyon 544 min manat və ya 38% artaraq 3 milyard 354 milyon 172 min manata çatıb.
2019-ci ilin ilk 6 ayında Beynəlxalq Bankda fizki və hüquqi şəxslərin müddətli depozitləri 67 milyon 416 min manat, ötən ilin İyun ayının sonu ilə müqayisədə isə 198 milyon 773 min manat azalaraq 775 milyon 284 min manata düşüb.
CƏMİ KAPİTALI ARTIB
30 İyun 2019-cu il tarixində ABB 1 milyard 470 milyon manat cəmi kapitala malik olub. Ötən ilin eyni tarixində isə cəmi kaptal 1 milyard 188 milyon 538 min manat təşkil etmişdi. Həmçinin İyunun sonunda Bank 1 milyard 288 milyon 556 min manat məcmu kapitala malik olub.
Qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalının (1 milyard 224 milyon 478 min manat) 95.15%-i dövlət müəssisələrinə (Maliyyə Nazirliyi - 91.40%, Əmlak Məsələri Dövlət Komitəsi - 3.76%), 0.13%-i “Aqrarkredit”ə, 0.32%- hüquqi şəxslərə və 4.39%-i fiziki şəxslərə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 5 saat əvvəl
-
- 18 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 19 saat əvvəl
-
19 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
19 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
20 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
20 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
20 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
20 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)
.jpg)








.jpg)






