Agentlik öz rəhbərinin əvvələr direktoru olduğu şirkətin mallarını alır
Qida Təhlükəsizliyi Agentliyi və ona tabe olan qurum 643 min manatlıq iki tenderin qalibi olaraq "Medeks" MMC-ni elan ediblər. Diqqəti cəlb edən, Agentliyin sədri Qoşqar Təhməzlinin əvvəllər bu şirkətin Baş direktoru işləməsidir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi “Laborator sərf materiallarının satın alınması” üzrə elan etdiyi tenderin qalibini elan edib.
“Marja”nın “Dövlət satınalmalarının vahid elektron portalı”na istinadən məlumatına görə, qalib şirkət "Medeks" MMC-dir.
"Medeks" Agentliyə laborator sərf materialları satıb. 12 İyul 2019-cu il tarixində Qida Təhlükəsizliyi Agentliyi "Medeks" MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 43 min 208 manatdır.
Həmçinin İyulun 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriyaları üçün ləvazimatların satın alınması üçün "Medeks" MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 599 min 749 manatdır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən qurumdur.
“Wikipedia”da verilən məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2008-2016- cı illərdə isə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb. Mətbuatda hazırda da bu şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu iddia edilir. "Medeks" MMC-nin saytında da Qoşqar Təhməzlinin şirkətin rəhbəri olduğu və “Ən yaxşı top-menecer” adına layiq görüldüyü qeyd edilib.
Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən "Medeks" MMC barədə məlumat almaq mümkün deyil.
Portalda verilən məlumata görə, Agentliyə tabe olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Qurban bayramı ilə əlaqədar heyvan kəsimi üçün müvəqqəti çadır və avadanlıqları almaq üçün “Novotrend” MMC ilə İyulun 11-də müqavilə bağlayıb. Müqavilənin məbləği 802 min 624 manatdır. Bu şirkət haqqında da Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən məlumat almaq mümkün deyil.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
3 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 23 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Rusiyanın neft və qaz gəlirləri azalır
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Ən çox oxunanlar
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.



















