Qazancın nə qədəri vergiyə gedir - Azərbaycanda vergi yükü
Vergi qanunvericiliyində edilmiş və 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklər vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və onlara göstərilən xidmətlərin səviyyəsinin artırılması ilə yanaşı, vergi yükünün azaldılmasını da nəzərdə tutur. Bu barədə Marja-ya Vegilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib.
Mərkəzin Məlumatdında deyilir:
-Bu da təbiidir, çünki ölkəmizdə həyata keçirilən dövlət vergi siyasətinin əsas hədəflərindən biri vergi yükünün optimallaşdırılması və vergi yükünün tədricən istehsaldan istehlaka keçirilməsinin təmin edilməsidir. Vergi yükünün optimallaşdırılması məqsədilə bir sıra mallar və xidmətlər üzrə vergilərin dərəcələri tam və ya qismən azaldılmış, bir sıra vergi güzəştləri tətbiq olunmuşdur ki, bu da vergi ödəyiciləri üçün əlverişli vergi mühitinin yaranmasına şərait yaratmışdır.
Vergi ödəyicilərinin müəyyən dövr ərzində həyata keçirdikləri təsərrüfat fəaliyyəti ilə bağlı ödədikləri vergilərin məcmusu vergi yükü hesab olunur və bu göstəricinin səviyyəsi vergi ödəyicisinin ödədiyi vergilərin onun əldə etdiyi gəlirlərə nisbəti kimi müəyyən edilir.
Bir sıra beynəlxalq təşkilat və qurumlar dünya ölkələrinin müxtəlif metodologiyalar əsasında hesablanmış illik vergi yükü barədə məlumatları mütəmadi olaraq dərc etdirirlər. Dünya Bankının «Doing business» hesabatı (ümumi vergi dərəcəsi), Heritage Fondunun «İqtisadi azadlıq indeksi» kimi məlumatlar da bu qəbildəndir. «Doing business 2017» hesabatının Vergilərin ödənilməsi (Paying Taxes) indikatoru üzrə Azərbaycanın ümumi vergi dərəcəsi (o cümlədən sosial sığorta ödəmələri daxil olmaqla) 39,8% göstərilmişdir. Həmin hesabatda Portuqaliya (39,8%), Niderland (40,4%), Türkiyə (41,1%), ABŞ (44%), Avstraliya (47,6%), Almaniya (48,9%), İspaniya (49,0%), Avstriya (51,6%), İtaliya (62%) və Fransa (62,8%) kimi inkişaf etmiş ölkələrin vergi yükü daha yüksək olmaqla əks etdirilmişdir. Bu göstərici keçmiş sovet dövlətlərindən Moldovada 40,4%, Litvada 42,7%, Rusiyada 47,4%, Estoniyada 48,7%, Ukraynada 51,9%, Belarusda 54,8%-dir. Qeyd etmək lazımdır ki, bura sosial sığorta ödəmələri də daxildir.
Heritage Fondunun 2017-ci il üzrə dərc etdirdiyi rəsmi «İqtisadi azadlıq indeksi»ndə isə Azərbaycanın vergi yükü (sosial sığorta ödəmələri nəzərə alınmadan) 14,2% olmaqla 28-ci yerdə göstərilmişdir. Bu sıralamada vergi yükünün səviyyəsinə görə Azərbaycan bir çox ölkələrdən daha əlverişli mövqeyə malikdir. MDB ölkələrindən Qazaxıstan (13,2%) bu sıralamada 20-ci yerdə qərarlaşmışdır. Hesabatın 2017-ci il üzrə göstəricilərinə əsasən Özbəkistan 19,7%, Qırğızıstan 20,8%, Tacikistan 22,8%, Belarus 23%, Ermənistan 23,5%, ABŞ 26%, Latviya 27,8%, Türkiyə 28,7%, Litva 29,3%, Rusiya isə 35,3% vergi yükünə malikdir.
Göründüyü kimi, Azərbaycanda vergi yükü ümumilikdə bir sıra Avropa və MDB ölkələrindən daha aşağı səviyyədədir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
12 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 14 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
















