“Amrahbank”dan müştərilərə sərfəli təklif
(®) Amrahbank müştərilərə qiymətli əşyaların, sənədlərin və sair qiymətlilərin saxlanılması üçün Bank seyflərinin icarəsi xidmətini təqdim edir.
Müştərilər qiymətli əşyalarını “Amrahbank”ın depozit seyflərində saxlamaqla onların təhlükəsizliyini daha yaxşı təmin etmiş olurlar, çünkü oğurluq, qarət, yanğın və bu kimi xoşagəlməz hallardan qorunmaq üçün Bankda mükəmməl texniki avadanlıq və yüksək səviyyədə təşkil edilmiş təhlükəsizlik sistemi mövcuddur.
“Amrahbank”ın depozit seyflərinin üstünlükləri
-Seyfləri Bankın Baş Ofisində, yüksək təhlükəsizlik şəraitində, yeraltı depozitaridə yerləşir;
-Depozitari hər gün, 24 saat fasiləsiz peşəkar mühafizə, siqnalizasiya və yanğın əleyhinə sistem ilə təchiz olunur;
-Saxlanılan qiymətlilər barədə heç bir məlumatın açıqlanması tələb edilmir;
-Seyf qutusuna yalnız müştərinin özünün və ya onun notarial qaydada təsdiq edilmiş etibarnamə ilə yaxınlaşan nümayəndəsinin daxil olma hüququ vardır;
-İcarə xidmətindən fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də istifadə edə bilərlər.
Müştərilərin Bank seyfini icarəyə götürməsi üçün yalnız şəxsiyyət vəsiqəsilə ”Amrahbank”ın Xocalı prospekti 36A ünvanında yerləşən (Xətai metrosu ilə üzbəüz) Baş Ofisinə yaxınlaşması kifayətdir.
Bank seyflərinin icarəsi üzrə tariflər
İcarə tarifləri seçilmiş seyfin ölçülərindən asılı olaraq dəyişir:
Seyflərin ölçüləri | Aylıq icarə tarifləri |
40 mm x 70 mm x 440 mm | 15 AZN |
70 mm x 270 mm x 440 mm | 25 AZN |
80 mm x 250 mm x 350 mm | 30 AZN |
170 mm x 240 mm x 440 mm | 50 AZN |
180 mm x 250 mm x 350 mm | 60 AZN |
300 mm x 270 mm x 440 mm | 100 AZN |
580 mm x 250 mm x 350 mm | 120 AZN |
Daha ətraflı məlumat üçün “Amrahbank”ın 987 saylı məlumat mərkəzinə zəng vurmaqla və ya Bankın http://amrahbank.com//az ünvanlı rəsmi internet səhifəsinə, eləcə də sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət etməklə əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 d. əvvəl
-
-
31 d. əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 38 d. əvvəl
- 41 d. əvvəl
-
52 d. əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq


























