Bazarda yeni qənaətli məhsul AZERLİME nə vəd edir?
(®) Sement və gips əsaslı məhsulların ölkəmizdə ilk istehsalçısı olan “Mətanət A” şirkəti istehlakçıları daim yeni və keyfiyyətli məhsullarla sevindirir. Şirkət bu yaxınlarda daha bir unikal məhsulunu – AZERLİME suvaq üçün əhəng məhsulunu təqdim edib.
Bu məhsul qum - sement qarışığına qatılaraq əhəngli suvaq əldə edilir. Avropada, inkişaf etmiş ölkələrdə artıq geniş yayılmış əhəngli suvaq ənənəsini təqdim edən AZERLİME suvaq üçün əhəng məhsulu suvaq və hörgü işlərinin görülməsində həm keyfiyyət, həm də qənaətlilik baxımından əvəzsiz məhsuldur.
Alıcı sual edə bilər: mən niyə görə, AZERLIME suvaq üçün əhəng məhsulunu seçməliyəm?
İki kəlmə ilə ifadə etməli olsaq, deyə bilərik ki, bu məhsulda tikinti materialında axtardığınız bütün xüsusiyyətlər var. Biz sadalayaq, siz də tanış olun.
1.Qənaətlilik - AZERLİME suvaq üçün əhəng məhsulu suvağın hazırlanması zamanı istifadə olunan sementi 50 %-ə qədər azaldır, eyni zamanda suvağın möhkəmliyini normada saxlayır, yekunda isə suvaq xərcinə 25%-ə qədər qənaət edir. Qum-sement qarışığına nisbətən əhəngli suvaqla daha çox səth suvamaq mümkündür.
2.Çatlamaya qarşı müavimət – AZERLİME suvaq üçün əhəng məhsulu ilə suvanmış divar quruduqdan sonra da plastikliyini qoruyub saxlayır. Nəticədə çatlama riski aradan qalxır.
3.Yüksək yapışma qabiliyyəti - Materialdan asılı olmayaraq əhəngli suvaq yüksək yapışma özəlliyi nümayiş etdirir. Taxta və daş səthlərdə uğurlu yapışma imkanına malikdir. Məhz bu özəlliyi nəticəsində suvama prosesi zamanı əhəngli suvaq yerə tökülmür, ustanı yormur.
4.Buxar keçiriciliyi – Əhəngli suvaq havanı keçirmə xüsusiyyətinə malikdir. Bunun nəticəsində isə daxili məkanlarda əlverişli mikromühit yaranır.
5.Bakterisidal özəllikləri – Əhəngli suvaq kif və göbələklərə qarşı davamlıdır. Əgər məkanda yüksək rütubətlilik müşahidə olunsa belə kif və göbələklərin yaranması ehtimalı sıfıra bərabərdir. Eləcə də səthdə zərərli mikroorqanizmlərin də yayılmasının qarşısını alır.
6.Davamlılıq – Əhəngli suvaq qarışığı plastikliyini uzun müddət qoruyub saxlayır. Qarışıq uzun müddət donmur. Eləcə də qarışığın istənilən səthə rahat çəkilməsi hətta təcrübəsiz adamın belə onunla sərbəst şəkildə təmir işləri aparmasına imkan verir.
Beləliklə, gördüyünüz kimi, AZERLİME–ni seçməniz üçün çox ciddi səbəbləriniz var. Keyfiyyətli, ekoloji sağlam və qənaətli təmir istəyənlər məhz əhəngli suvağa üstünlük verir. “Mətanət A” şirkəti təmir-tikinti işləri həyata keçirən bütün tikinti şirkətlərini, ustaları, hər kəsi AZERLİME əhəng zavodunun yüksək aktivliyə malik və stabil keyfiyyətli əhəng məhsullarından istifadəyə çağırır. Sifariş üçün telefon *3030.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 21 d. əvvəl
-
28 d. əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
51 d. əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
-
2 saat əvvəl
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
-
2 saat əvvəl
Estoniyanın İT şirkəti Dövlət Vergi Xidmətinin "Yeni Avis 2" sistemini yeniləyəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Dekabrın 26-da gözlənilən hava şəraiti
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Azərbaycan neftinin son qiyməti
ABŞ Venesueladan çıxan tankeri qovalayıb
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib






















