“S&P” 2021-ci ilədək Azərbaycanda problemli kreditlərin payının 16%-dək azalacağını proqnozlaşdırır
“S&P Global” beynəlxalq reytinq agentliyi 2021-ci ilədək Azərbaycanda problemli kreditlərin payının ölkə banklarının ümumi kredit portfelinin 16%-dək azalacağını proqnozlaşdırır.
“Azərbaycanda problemli kreditlərin payı xüsusilə ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankında (ABB) xarici valyutada kreditləşdirmə səviyyəsinin son dərəcə yüksək olması və risklərin zəif idarə edilməsi nəticəsində 2015-ci ildə ən yüksək həddə (65%) çatıb”, – deyə agentliyin araşdırmasında bildirilir.
Bankların ümumi kredit portfelində problemli kreditlərin payı tədricən azalıb və 2018-ci ilin sonunadək 19% təşkil edib.
“Biz 2019-cu ildə Azərbaycan banklarında problemli kreditlərin payının ümumi kredit portfelinin 18%-ni təşkil edəcəyini, 2020-ci ildə isə 16%-dək azalacağını gözləyirik”, - deyə araşdırmada qeyd olunur.
Analitiklər bildirirlər ki, Azərbaycan banklarında aktvlərin keyfiyyət göstəriciləri milli valyutanın devalvasiyası nəticəsində pisləşə bilər. “Bu, valyuta kreditlərinin yüksək paya malik olduğunu göstərir. Bir çox maliyyə qurumları öz portfellərinin dollarlaşma səviyyəsini azaltsa da, bu risk qalır”, - deyə araşdırmada vurğulanır.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2019-cu ilin yanvar-may aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 1,41% - 13 mlrd. 198 mln. manatadək artıb. İyunun əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 494,3 mln. manat (ilin əvvəlindən azalma 5,7%) və ya bütün kreditlərin 11,3%-ni təşkil edir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















