“AzerTelecom”un rəhbəri İsveçrədə biznes forumda çıxış edib
(®) Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyev İsveçrənin Sürix şəhərində keçirilmiş İsveçrə-Azərbaycan Biznes Forumunda “Azərbaycanda rəqəmsallaşma prosesləri və “Azerbaijan Digital HUB” proqramının bu proseslərə töhfəsi” mövzusunda çıxış edib.
Fuad Allahverdiyev çıxışında dördüncü sənaye inqilabı şəraitində rəqəmsallaşma proseslərinin Azərbaycanda da sürətlə getdiyini, ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən İKT sektorunun dayanıqlı inkişafı istiqamətində müxtəlif Dövlət Proqramları, Sərəncam və Fərmanların qəbul edildiyini qeyd edib.
O “AzerTelecom” şirkətinin hazırda icra etdiyi “Azerbaijan Digital HUB” proqramı barədə məlumat verərək bu proqramın ölkənin İKT, telekommunikasiya sektorunun inkişafı, rəqəmsallaşma proseslərinə mühüm töhfə verəcəyini bildirib. ““Digital HUB” proqramı ölkə daxlində dayanıqlı infrastruktur quruculuğunu, Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılmasını, Transxəzər magistralının çəkilişini, ölkəmizdə regional Data Mərkəzin tikintisini və Azərbaycanın Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Regional Rəqəmsal Mərkəzə çevrilməsini və rəqəmsal ekosistemin formalaşmasını nəzərdə tutur” – deyə Fuad Allahverdiyev bildirib.
Qeyd olunub ki, “Digital HUB” proqramı Avropa və Asiya ölkələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək, iki qitənin müxtəlif dövlətlərinin telekommunikasiya və kontent operatorlarının əməkdaşlığı, biznes əlaqələrinin daha da genişlənməsi üçün təməl olacaq. Azərbaycan bu proseslərdə mərkəzi ölkəyə çevriləcək və proqram çərçivəsində rəqəmsal telekommunikasiya dəhlizinin qurulması bir çox ölkələrdə rəqəmsallaşma proseslərinin sürətlənməsinə töhfə verəcək.
İsveçrə-Azərbaycan Biznes Forumu İsveçrə Konfederasiyasının Sürix şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə iyunun 27-də keçirilib.
“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqram Azərbaycanın Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcək. Proqram ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
7 d. əvvəl
AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır!
-
13 d. əvvəl
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
-
-
37 d. əvvəl
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
- 40 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
-
1 saat əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
15 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
Ən çox oxunanlar
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
























