PAŞA Kapital "Azərbaycanın ən yaxşı investisiya şirkəti" elan edilib
(®) İyunun 18-də “Cbonds Awards CIS 2019” adlı prestijli mükafatın qalibləri müəyyənləşdi və "Azərbaycanın ən yaxşı investisiya şirkəti" nominasiyasında PAŞA Kapital qalib olub.
Mükafatlandırma və 11 nominasiya üzrə qaliblərin açıqlanması mərasimi MDB, Baltikyanı ölkələrin və Qafqaz regionunun XVI İstiqraz konqresi çərçivəsində həyata keçirilmişdir.
PAŞA Kapitalın direktoru Ceyhun Hacıyevin sözlərinə əsasən, şirkətin əsas məqsədi yerli və xarici investorların vəsaitlərinin keyfiyyətli və səmərəli idarə edilməsinə maksimum dəstəyin təmin edilməsidir.
"Bazarın geniş təcrübəsi və geniş ekspertizası sayəsində PAŞA Kapital hər il investisiya portfelini daha da artırır və bazarda lider mövqeyini qoruyub saxlayır. Bu nüfuzlu mükafatın PAŞA Kapitala təqdim olunması şirkətin xarici ekspertlər tərəfindən fəaliyyətinin tanınmasının təzahürüdür və biz bu uğuru yalnız şirkətin deyil, bütün müştərilərimiz və tərəfdaşlarımızın uğuru kimi qiymətləndiririk ", - deyə С. Hacıyev yekunlaşdırdı.
Qeyd edək ki, mükafatın təsisçisi olan Cbonds şirkəti - maliyyə bazarlarının fəaliyyətini əhatə edən ixtisaslaşmış informasiya agentliyidir. “Cbonds Awards CIS” mükafatı 2014-cü ildən başlayaraq hər il MDB və istiqraz bazarının aparıcı nümayəndələrinə açıq səsvermə əsasında təqdim olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















