Azər Türk Bankda səhmdarların ümumi yığıncağı keçirildi
İyunun 13-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmişdir.
Bankın mətbuat xidmətindən verilən məlumata görə, iclasda "Ernst & Young" (EY) audit şirkətinin "Azər-Türk Bank" ASC-nin 2018-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi barədə qərar qəbul olunub.
Audit olunmuş hesabata görə, 31 Dekabr 2018-ci il tarixinə bankın cəmi aktivləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% artaraq 366,8 milyon manat səviyyəsində olmuşdur. Kredit portfelinin həcmi 38 faiz yüksələrək 165,3 milyon manat təşkil etmişdir. Cəmi bank öhdəlikləri 12% artmış və 314,9 milyon manata çatmışdır. 2018-ci ildə Bankın ümimi gəlirləri 24,4 milyon manat olmuş, xalis mənfəəti isə iki dəfədən çox artaraq 2 114 min manat təşkil etmişdir.
2018-ci ildə Bankın müştərilərinin sayı iki dəfə artmışdır.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















