Ayaqqabı fabriki olsa da, əmlakın icarəsindən gəlir əldə edir
“Bakı Ayaqqabı - 2” ASC 2018-ci ili 251 min manat xalis mənfəət ilə başa vurub. ASC-nin xalis qazancı 2017-ci illə müqayisədə 2 dəfə artıb. “Bakı Ayaqqabı -2” 2017-ci ili 125 min manat xalis mənfət ilə bağlamışdı. Xalis mənfəətin artması əmlakının yenidən qiymətləndirilməsindən qaynaqlanıb.
“Marja” ASC-nin 2018-ci il dekabrın 31-nə maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Bakı Ayaqqabı -2”nin cəmi gəliri 359 min manat təşkil edib. Bu gəlir ayaqqabı satışından əldə edilməyib. Gəlirin hamısı əmlakın icarəsindən əldə edilib. 2017-ci ildə də eyni məbləğdə gəlir əldə edilmişdi.
Dəyişən ötən il ASC-də əməkhaqqı üzrə ödənişlərin bir qədər artmasıdır.
Həmçinin “Bakı Ayaqqabı -2” investisiya əmlakının yenidən qiymətləndirilməsindən 202 min manat gəlir əldə edib. 561 min manat ümumi gəlirə qarşı xərclər 306 min manat təşkil etdiyindən 255 min manat mənfəət yaranıb. Mənfəətdən 4 min manat vergi ödənilib.
31 Dekabr 2018-ci il tarixində “Bakı Ayaqqabı -2” 7 milyon 201 min manat cəmi aktivlərə malik olub.
Qeyd edək ki, "Bakı Ayaqqabı - 2" ASC Heydər Əliyev prospekti 106A ünvanında yerləşən 2 saylı Bakı Ayaqqabı Fabrikinin bazasında yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)















.jpg)