“Karasu” şirkəti vergi borcuna görə Neft Fonduna ödənişlər edə bilmir
2018-ci il ərzində yataqlar üzrə faktiki daxilolmaların təhlili zamanı məlum olmuşdur ki, “Mişovdağ” və “Kəlaməddin” yatağı üzrə 2908,6 min manat proqnoza qarşı ümumiyyətlə daxilolma olmamışdır.
"Marja" xəbər veri rki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə illik hesabata Hesablama Palatasının rəyində bildirilir.
Rəydə qeyd edilib ki, “Mişovdağ” və “Kəlaməddin” yatağında 2018-ci il üzrə hasilat proqnozda nəzərdə tutulmuş 0,71 milyon barrel səviyyəsinə qarşı 0.7 milyon barel təşkil etmişdir (98%). Buna baxmayaraq bu yataq üzrə Neft Fonduna vəsait daxil olmamışdır. Belə ki, 2009-cu ilin illik vergi hesablanmasına əsasən “Mişovdağ” və “Kəlaməddin” yatağının operatoru olan “Karasu” şirkətinin (Karasu Operating Company) vergi öhdəliyi yaranmış, lakin buna baxmayaraq “Karasu” əməliyyat şirkəti dövlətin payına düşən mənfəəti Fonda ödədiyi üçün vergi borcunun bağlanması üçün ilin sonuna kifayət qədər vəsaiti qalmamışdır. 2009-cu ildən etibarən dövlətin payına düşən mənfəət layihə üzrə yaranan vergi öhdəliklərinin ödənilməsinə kifayət etmədiyi üçün, Fonda ödənişlər edilməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















