Əməliyyat zərərində olan Bankın sədri ilk rübü uğurlu hesab edir
"Bank VTB (Azərbaycan)" 2019-cu ilin 1-ci rübünü 1,5 milyon manat mənfəətlə yekunlaşdırıb. 31 mart 2019-cu il tarixinə bankın faiz gəlirləri 2 milyon manat, xərcləri isə 1,7 milyon manat təşkil edib. Bu, "VTB (Azərbaycan)"dan “Marja”ya daxil olmuş məlumatda deyilir.
Yeri düşmüşkən qeyd edək ki, “Bank VTB Azərbaycan”ın 1-ci rübdəki 1,5 milyon manat xalis mənfəəti biznesin inkişafından deyil, ehtiyatın azad olmasından qaynaqlanır. Bank gəlirlərini artırmağa başlayıb, eyni zamanda xərclərini azaldıb.Amma hələ də “Bank VTB Azərbaycan”nın əməliyyat gəlirləri əməliyyat xərclərini bağlamır. 2019-cu ilin yanvar – mart dövründə “Bank VTB Azərbaycan” ın cəmi gəlirləri 3 milyon 395 min manat, cəmi xərcləri isə 5 milyon 617 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 2 milyon 222 min manat əməliyyat zərəri yaranıb. Lakin aktivlər üzrə mümkün zərərərin ödəbilməsi üçün yaradılmış ehtiyatın 3 milyon 716 min manatının azad olması hesabına həm əməliyyat zərəri bağlanıb, həm də 1 milyon 494 min manat xalis mənfəət qalıb. Ətraflı: Bu bank xərclərini ödəyə bilməyəcək vəziyyətdə qalır - BÖYÜK ZƏRƏR
“Bank VTB Azərbaycan”ın məlumatda qeyd edilib ki, Bankın ani likvidlik əmsalı 30%-lik normativi xeyli üstələyərək 158,08% olub. Açıq valyuta mövqeyinin göstəricisi sərbəst dönərli valyutada - 1,53%, qapalı valyutada +0,7% təşkil edir, bir borcalan üzrə kredit riskinin miqdarı 23,75 %-dir (maksimal normativ 25% olduğu halda).
Hesabat dövrü ərzində bankın məcmu kapitalı 5,4% artıb və 55 milyon manata çatıb, kapitalın adekvatlıq əmsalı– 36,63% və 38,32% təşkil edib ki, bu da normativ tələblərdən (5% və 10% müvafiq olaraq) xeyli yüksəkdir. Bank VTB (Azərbaycan)-ın aktivləri təxminən 11% artıb və 151,5 milyon manat olub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Bankın məlumatında qeyd edilib ki, kart hesablarnın sayı 10%-dən çox artaraq 11 min 810 olub. 2019-cu ilin 1-ci rübündə bank Mastercard beynəlxalq ödəniş sisteminin kartlarının emissiyasına başlayıb. 3 ay ərzində VTB (Azərbaycan) 1,6 min kart emissiya edilib. Kart biznesinin inkişafı çərçivəsində kart istifadəçilərinin bank xidmətlərinə çıxış imkanlarını genişləndirmək istiqamətində tədbirlər görülüb, o cümlədən Cash İn funksiyalı (resayklinq) bankomatları istismara verilib.
“Cari ilin ilk rübü bank üçün kifayət qədər uğurlu oldu: bank mənfəətə çıxdı və biz əsas göstəricilər üzrə də yaxşı nəticələr əldə edə bildik. Biz həm korporativ, həm də pərakəndə biznes sahəsində stabil artımı davam etdirmək niyyətindəyik. Bankın əsas fəaliyyət istiqamətləri sırasında kiçik və orta sahibkarlığa dəstək, kart biznesinin inkişafı qalmaqdadır” – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)






.jpg)









