Bank əmanətlərinin sığorta sistemi "Bank VTB"ni qane etmir
"Azərbaycanda əhalinin bank əmanətlərinin sığorta sisteminin təkmilləşdirilməsinə zərurət var".
"Bank VTB (Azərbaycan)" ASC-nin İdarə Heyətinin sədri Yevgeni Kirin belə hesab edir.
“Bu gün mövcud olan əmanətlərin sığorta sistemi 2015-2016-cı illərdə müşahidə olunmuş böhran vəziyyəti üçün uyğundur. Bu gün sistem bazarın tələblərinə tam cavab vermir və təkmilləşdirilməsinə ehtiyac var”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Sədrin sözlərinə görə, faiz dərəcələri üzrə maksimum tavanın yaradılması ötən illərdə effektiv idi. “Lakin bu gün qorunan əmanətin maksimum məbləğini müəyyən etmək lazımdır. Bu, müştərilərə bank seçimi zamanı daha diqqətli olmağa imkan verəcək və sektorda rəqabəti daha da yaxşılaşdıracaq”, - deyə Y.Kirin qeyd edib.
Xatırladaq ki, 02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla tam sığortalanır və tam kompensassiya olunur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks - Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















