"Boşluqlar aradan qaldırılıb, beynəlxalq maliyyə institutları Manatda qiymətli kağızlar buraxa bilərlər"
"Azərbaycanın qiymətli kağızlar bazarında ilk dəfə olaraq Azərbaycan dövlətinin də üzv olduğu beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan Manatında qiymətli kağızların emissiyası barədə niyyət bildirilib".
“Marja”nı məlumatına görə, bunu, “Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivlər” mövzusunda tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib.
Palatanın icraçı sədri qeyd edib ki, qanunvericilikdə, beynəlxalq maliyyə institutlarının Azərbaycanın milli valyutasında qiymətli kağızlar emissiya etməsinə əngəl törədən boşluqlar var idi:
“Bu boşluqların aradan qaldırılması üçün qanunvericilikdə 3 fundamental dəyişiklər edildi. Artıq dəyişikliklər bu ilin Fevral ayından qüvvəyə minmişdir. Bu da beynəlxalq maliyyə institutlarının Azərbaycanda ilk dəfə milli valyutada qiymətli kağızlar emissiya etməsi üçün şərait yaratmışdır”.
İbrahim Alışıov əlavə edib ki, beynəlxalq maliyyə institutlarının Azərbaycan bazarında milli valyutada emissiya edəcəyi qiymətli kağızlar hesabına kiçik və orta biznesin aşağı faizli maliyyə resurslarına çıxışı asanlaşacaq. Eyni zamanda, bu hadisə, Azərbaycanın kapital bazarında yeni səhifə açacaqdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişaf Bankı (AİB) Azərbaycan Manatında istiqrazlar buraxmağa hazırdırlar. Artıq Asiya İnkişaf Bankı (ADB) ilk dəfə Azərbaycan manatında istiqraz buraxmaq planını potensial sərmayəçilərlə müzakirə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















