"Bank of Baku"nun 87 müştərisi “Kartla ödə, Kartla qazan!” lotereyasının qalibi oldu!
® Azərbaycan Respublikasının Mərkəzi Bankının nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə keçirdiyi “Kartla ödə, Kartla qazan!” lotereyası artıq yekunlaşdı.
Fevral, mart və aprel aylarını əhatə edən lotereyada ölkə ərazisində fəaliyyət göstərən istənilən bankın plastik kartı ilə ölkədaxilində POS-terminal vasitəsilə minimum 5 AZN dəyərində ödəniş edən 1800 nəfər qalib seçilərək, Mərkəzi Bank tərəfindən 50 AZN pul mükafatı qazandı.
Qaliblər sırasında olan 87 nəfər Bank of Baku müştərisi isə əlavə olaraq Bank of Baku tərəfindən mükafat əldə etdi.
Belə ki, nağdsız hesablaşmaların artırılması istiqamətində görülən işlərdə hər zaman öndə olan Bank of Baku, lotereyada qalib olan müştərilərinə özəl kampaniyaya start vermişdi. Nəticədə lotereyanın birinci tirajında 32 nəfər, ikinci tirajında 28 nəfər və aprel ayında keçirilən sonuncu tirajda 27 nəfər Bank of Baku müştərisi bankdan əlavə olaraq Bolkart debet + 50 AZN BAL qazandı.
Qeyd edək ki, müştərilərin qazandığı BAL-lar onlara pulsuz alış-veriş imkanı qazandıracaq. 1 BAL=1 AZN kimi qiymətləndirilir. Yəni, müştəri Bolkartın istənilən partnyor mağazalarında 50 AZN dəyərində alış-veriş edə bilər.
Bolkart debet kart sahibləri eyni zamanda, illik 5% gəlir və alış-veriş zamanı 45%-dək BAL qazanma üstünlüyündən də faydalanacaqlar.
Bank of Baku-nun keçirdiyi məhsul, xidmət və aktiv kampaniyaları haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə - www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















