11 bankın qiymətli kağızlara investisiyaları azalıb
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 24-nin aktivlərində son 1 ildə qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 11-də fond bazarında investisiyaların illik dinamikası mənfi olub.
Həmin banklar "Yapı Kredi Bank Azərbaycan", "AFB Bank", "Atabank", "Express Bank", "Bank BTB", "Nikoyl Bank", "Access Bank", "Ziraat Bank Azərbaycan", "Bank of Baku", "Turan Bank" və "Amrah Bank"dır. Ən çox azalma "Amrah Bank"da (100%), ən az azalma isə " Yapı Kredi Bank Azərbaycan"da (6,2%) qeydə alınıb.
11 bankda isə qiymətli fond bazarına investisiyalar artıb. Bunlar "PAŞA Bank", "Unibank", "Kapital Bank", "Bank Avrasiya", "Xalq Bank", "Bank Respublika", "Rabitəbank", Pakistan Milli Bankının Bakı filialı, "Azər-Türk Bank", "Azərbaycan Beynəlxalq Bankı" və İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika "PAŞA Bank"da (5,2 dəfə), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (3,8%) qeydə alınıb.
1 bankın - "Muğan Bank"ın qiymətli kağızlara investisiyaları dəyişməyib, 1 bank - "Bank VTB Azərbaycan" isə fond bazarında investisiya qoymağa yenicə başlayıb.
7 bank - AGBank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank" isə son 1 ildə fond bazarına investisiya qoymayıb. Odur ki, bu bankların investisiyalarının dinamikasını hesablamaq mümkün olmayıb.
4 bankın qiymətli kağızlara investisiyaları 200 milyon manatdan çoxdur
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Bunlar "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank"dır.
Digər 23 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 200 milyon manardan çoxdur. Bunlar "PAŞA Bank" (1 605,403 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 191,575 milyon manat), "Kapital Bank" (820,155 milyon manat) və "Xalq Bank" (268,11 milyon manat).
Qiymətli kağızlara investisiyaların məbləği 12 bankda 10-100 milyon manat arasında, 7 bankda isə 10 milyon manatdan da azdır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















