Azərbaycanda pensiya yaşı artırıldı

Bu gün Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun 47 maddədən ibarətdir, bu 47 maddənin 22 maddəsinə 98 adda dəyişiklik təklif edilir.
Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq.
Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İkinci və üçüncü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği maddəsində təklif olunan dəyişikliyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu qanunun 13.3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğində aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.
Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi maddəsində edilən dəyişikliyə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.
Əmək pensiyasının minimum məbləği maddəsinə edilən dəyişikliyə əsasən bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 yanvar tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir.
Sənəddə təklif olunan dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan gündəlik qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.
Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması maddəsinə təklif edilən dəyişikliyə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 70 faiz artırılmaqla, 2017-ci il 1 yanvar tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
© Trend
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
23 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
3 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
10 d. əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 2 saat əvvəl
-
2 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Fed-in faiz endirimi və bazarlara təsiri: Analitik baxışı

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı

FED faiz qərarını açıqladı
