Palatadan vətəndaşın müraciətinə operativ reaksiya - YENİLƏNİB
10:22 - Maliyyə Bazarlarına Nəzarət Palatası Göyçay rayon sakini Musayev Mirfazil Əşrəf oğlunun problemli kreditlərə görə ona düşən kompensasiyasını ala bilədiyi barədə iddiasına operativ reaksiya verib.
Palatanın Mətbuat katibi Elşən Allahverdiyev "Marja"ya bildirdi ki, vətəndaşın "Marja.az"a müraciətindəki iddiası dərhal araşdırılıb: "Bankda olan problem texniki məsələ ilə bağlıdır. Artıq vətəndaş ilə əlaqə saxlanılıb və bank filialına dəvət olunub. Gün ərzində məsələ müsbətə doğru öz həllini tapacaqdır".
08:06 XXX
Göyçay rayon sakini Musayev Mirfazil Əşrəf oğlu problemli kreditlərə görə ona düşən kompensasiyasını ala bilədiyini iddia edir.
O, “Marja”ya müraciətində bildirib ki, ona 5975,03 manat kompensasiya hesablansa da həmin məbləği ala bilməyib:
“Bank mənə kart təqdim edib. Lakin vəsaiti çıxartmağım üçün şifrəni vermədi. Bildirildi ki, “Sizə güzəşt edilib, güzəşt çıxıldıqdan sonra qalan vəsaiti alacaqsınız. Palata Sizin işinizi yenidən araşdıracaq və yenidən SMS alacaqsınız”. Mən bilən, kompensasiya hesablanan zaman hər bir hal nəzərə alınıb. Palatanın pk.fimsa.az saytından aldığım çıxarışda göstərilir ki, “Güəştə görə kompensasiyanın azaldılan hissəsi” sıfırdır. Necə hesablama aparılıb? Nə üçün vətəndaşı incidirlər? Guya “araşdırma 1 ay davam edəcək”. Bəs Prezidentin problemli kreditlər üzrə kompensasiyaların ödənilməsinin may ayının sonunadək başa çatdırılması barədə tapşırığı? Nə üçün 1 ay çəkməlidir?”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Mirfazil Musayev qeyd etdi ki, 2014-cü ilin sonunda Hyundai Elantra avtomobili üçün 12644 dollar kredit götürmüşdü: “Mənə kredit manatla ödənildi. Cəmi 2 ay hər ay 352 manat ödəniş etdim. 2015-ci ilin Dekabrında devalvasiya baş verdi. Devalvasiyadan sonra aylıq ödənişim 457 manat müəyən edildi. 2015-cı ilin Dekabr ayında baş vermiş 2-ci devalvasiyadan sonra ödəyə bilmədim. Bank avtomobili aparmağa gəldikdə şərt qoydu: “12700 manatı ödəyin, avtomobili aparmayaq”. Mən avtomobili 17 min manata satdım. Bank 12700 manatı çıxdıqdan sonra qalan 4300 manatı mənə qaytardı.”
Mirfazil Musayevin sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası ona 2014-cü ildə 9958 dollar kreditin ayrıldığını müəyyən edib.
Mirfazil Musayev əlavə etdi ki, avtomobili alan zaman 11 min manat ilkin ödəniş həyata keçirib: “İlkin ödəniş, aylıq ödənişlər, krediti bağldığım vəsait daxil 28 min manat xərcim çıxıb. Avtomobili isə 17 min manata satdım, mənə təxminən 4300 manat vəsait qaldı. İndi də 5975 manat kompensasiyanı ala bilmirəm”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 33 d. əvvəl
- 45 d. əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 13 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb



















