Azercell yenilənmiş "GəncOl" tarif paketlərini təqdim edir
"Azercell Telekom" MMC abunəçilərinin istifadəsinə yeni GəncOl2, GəncOl6 və GəncOl9 tarif paketlərini təqdim edir
Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC danışıq və internet istifadəsini daha da əlçatan edən yenilənmiş GəncOl tarif paketini abunəçilərinin istifadəsinə təqdim edir.
Artıq Azercell-in Sim-Sim abunəçiləri yeni həftəlik GəncOl2 və aylıq GəncOl6/GəncOl9 tarif paketlərinin üstünlüklərindən faydalanma fürsətini əldə edirlər. Beləliklə, abunəçilər GəncOl2 tarif paketi çərçivəsində həftədə cəmi 2 AZN ödəməklə 750MB internet və GəncOl abunəçiləri arasında danışıq üçün 75 dəqiqə, GəncOl6 tarif paketi çərçivəsində ayda 6 AZN ödəməklə 3GB həcmində internet paket və GəncOl abunəçiləri arasında danışıq üçün 300 dəqiqə, GəncOl9 tarif paketi çərçivəsində isə ayda 9 AZN-a 6 GB həcmində internet paket və GəncOl abunəçiləri arasında danışıq üçün 600 dəqiqədən yararlana bilərlər. Əlavə olaraq, GəncOl2 və GəncOl6 tariflərinin istifadəçiləri Whatsapp , GəncOl9 abunəçiləri isə Whatsapp, Facebook messenger, Telegram, Viber və hətta Twitter mobil tədbiqləri vasitəsilə ödənişsiz mətn mesajları göndərmək imkanına malikdirlər. GəncOl2, GəncOl6 və ya GəncOl9 tarif paketlərini aktivləşdirmək üçün müvafiq olaraq G2, G6 və ya G9 açar sözlərini 7575 qısa nömrəsinə göndərmək kifayətdir.
Azercell-in yenilənmiş GəncOl tarif paketi ilə sevdiklərinizlə ünsiyyət artıq sizin üçün daha da əlçatandır! Azercell-dən yeni "GəncOl" tarifi ilə xərclərinizə qənaət edərək daha çox ünsiyyət qurmaq və online qalmaq fürsətini əldən verməyin!
Əlavə məlumat üçün http://gencol.az/ səhifəsinə daxil olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 11 d. əvvəl
- 24 d. əvvəl
-
1 saat əvvəl
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
13 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
14 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
14 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
15 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Rəsmi məzənnələr açıqlandı
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası






















