“Abşeron-Şərab” ASC Fransa içkisinin distribyutoru oldu
Azərbaycan bazarında 100% orqanik Fransa arağı
Azərbaycanın ən iri şərab ixracatçısı “Abşeron-Şərab” ASC idxal fəaliyyəti ilə də məşğul olacaq.
Şirkətdən “Marja”ya verilən məlumata görə, “Abşeron-Şərab” ASC Fransanın “Sobolinaya” araq markasının Azərbaycan bazarı üzrə distribyutoru statusunu əldə edib. Aprel ayında ilk partiya məhsul idxal olunub və Azərbaycan bazarında satışa çıxarılıb.
Üç il əvvəl dünya bazarına daxil olmuş “Sobolinaya” arağı Avropa və Rusiyada böyük alıcı kütləsi toplaya bilmişdir. 100% organik “Sobolinaya” arağı Fransanın “Merlet” şirkəti (MERLET Liqueurs & Spirits) tərəfindən istehsal olunur.
“SOBOLINAYA” ARAĞININ TƏRKİBİNDƏKİ SU 160 METR DƏRİNLİKDƏN ÇIXARILIR
Təqdimat mərasimində bildirilib ki, arağın tərkibindəki spirt Fransada, Konyak (Cognac) regionunda ekoloji təmiz payızlıq buğdadan istehsal edilir, minerallarla zəngin təbii suyu isə, dərinliyi 160 m olan, milyon il əvvəl yaranmış bulaqdan çıxarılır.
Şimal şəfəqi - AURORA BOREALIS illüziyası yaradan unikal örtüyü “Sobolinaya” arağının şüşəsində əvəz olunmaz gözəllik verir.
Sitrus və razyananın yüngül tonlarda yumşaq dada malik olan “Sobolinaya” arağı uzun müddət yadda qalan xoş təəssürat yaradır. 12-14°C-dək soyudulması məsləhətdir. Həm qatqısız şəkildə, həm də kokteyllərin tərkibində tövsiyə edilir.
Eksklüziv təbii tərkibinə görə VODKA“SOBOLİNAYA” - 100% ORQANİK arağı adını qazandı. Unikal xarici görünüşünə görə isə həvəskərların kolleksiyasında layıqli yer tuta bilər.
Satışa çıxarılmış “Sobolinaya” araqları üç çeşiddədir: 500 ML və iki çeşiddə - 700ML. “Sobolinaya” araqı 500 ML -70 AZN, 700ML 90AZN və 100 AZN (hədiyyəlik qutuda) qiyməti ilə təklif olunur.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
35 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim






























