“PAŞA Bank”ın Türkiyədəki törəməsinin xalis mənfəəti 2 dəfə artıb
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi – “PAŞA Yatırım Bankası”nın cəmi aktivləri bu il aprelin 1-nə 1 499,586 milyon lirə (təxminən 450 milyon manat) təşkil edib.
Bankın maliyyə hesabatına görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 48,6% çoxdur.
“PAŞA Yatırım Bankası”nın aktivlərinin 889,901 milyon lirəsini (təxminən 267 milyon manat) müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 3,6 dəfə böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın cəmi öhdəlikləri 32,9% artaraq 981,184 milyon lirəyə (təxminən 294 milyon manat), cəmi kapitalı isə 91,65% artaraq 518,402 milyon lirəyə (təxminən 156 milyon manat), o cümlədən nizamnamə kapitalı 96,1% artaraq 500 milyon lirəyə (təxminən 150 milyon manat) çatıb.
Bu ilin I rübündə “PAŞA Yatırım Bankası”nın faiz gəlirləri 37,355 milyon lirə (təxminən 11,2 milyon manat, ötən ilin I rübünə nisbətən 73% çox), faiz xərcləri 11,938 milyon lirə (təxminən 3,6 milyon manat, 25,2% çox), qeyri-faiz gəlirləri 604 min lirə (təxminən 0,2 milyon manat, 67,9% az), qeyri-faiz xərcləri 7,448 milyon lirə (təxminən 2,2 milyon manat, 34,6% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 2,017 milyon lirə (təxminən 0,6 milyon manat, 5,95 dəfə çox), mənfəət vergisi ödəmələri isə 3,752 milyon lirə (təxminən 1,1 milyon manat, 2,1 dəfə çox) təşkil edib. Son nəticədə Bank rübü 12,408 milyon lirə (təxminən 3,8 milyon manat) xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 9 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
14 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
14 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb



















