Beynəlxalq Bank “3D Təhlükəsizlik” xidmətindən istifadəni pulsuz etdi
(®) Bank əməliyyatlarının maksimum təhlükəsizliyi üçün ardıcıl tədbirlər həyata keçirən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb. Bank plastik kartlarla əməliyyatlar zamanı təhlükəsizliyi ən yüksək səviyyədə qoruyan “3D Təhlükəsizlik” (3D Secure) xidmətinə qoşulmağı müştərilər üçün pulsuz edib.
Xidmətdən istifadəyə görə də müştərilərdən heç bir komisyon haqq tutulmayacaq. Bundan başqa, bank “3D Secure SMS qeydiyyat” xidmətini də istifadəyə verib.
“3D Təhlükəsizlik” texnologiyası beynəlxalq ödəniş sistemləri tərəfindən yaradılmış qlobal protokoldur. Bu texnologiya ödəniş kartları ilə onlayn əməliyyatlar zamanı müştərinin hesabındakı vəsaitləri kibercinayətkarlıq hallarından qoruyur. Kart sahibi öz mobil telefon nömrəsini bu xidmətə qoşur. Hər dəfə internet ödənişi zamanı həmin nömrəyə birdəfəlik təhlükəsizlik şifrəsi göndərilir. Yalnız həmin kod daxil edildikdən sonra ödənişin başa çatdırılması mümkün olur. Beləliklə, kart itirildikdə, kartın nömrə və şifrəsi başqa əllərə keçdikdə onunla onlayn əməliyyatlar aparmağın qarşısı tam alınır. Mobil telefon nömrəsi Azərbaycan Beynəlxalq Bankının məlumat bazasında olan hər bir müştəri indi bu sistemə avtomatik qoşulacaq. Digər müştərilər isə sistemə bankın ATM-ləri, bankın filial və şöbələri, yaxud Azerikard prosessinq mərkəzinin 194 nömrəli Məlumat Mərkəzi vasitəsilə qoşula bilərlər.
Azərbaycan Beynəlxalq Bankının Elektron ödənişlər departamentinin direktoru Eldar Cəbrayılov bildirib: “Bu texnologiya müştəriyə qarşı dələduzluq risklərinin aradan götürülməsinə xidmət edir. “3D Təhlükəsizlik” xidmətindən faydalanan müştərilərimiz kart əməliyyatlarının tam təhlükəsizliyinə əmin ola bilərlər”.
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 7 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
12 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
12 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb






















