"Kapital Bank"ın 2018 qazancı audit ilə 53 milyon manat da artıb
"Ernst & Young" (EY) audit şirkəti "Kapital Bank" ASC-nin 2018-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarını təsdiqləyib və audit rəyi təqdim edib.
"Marja" audit olunmuş hesabata istinadən xəbər verir ki, "Kapital Bank" ASC 2018-ci ildə 150 milyon 996 min manat xalis mənfəət əldə edib. Bankın yerli standartlar əsasında açıqladığı hesabatında ötən il xalis mənfəətin 98 milyon 53 min manat olduğu açıqlamışdı. Beləliklə, Bankın autit olunmuş hesabatına görə, xalis mənfəət 52 milyon 943 min manat çoxdur.
Audit olunmuş hesabata görə, "Kapital Bank" 2017-ci ildə 112 milyon 407 min manat xalis mənfəət əldə edib.
2018-ci ildə "Kapital Bank"ın vergidən əvvəl mənfəəti 193 milyon 491 min mnata təşkil edib. Bank ötən il 42 milyon 495 min manat mənfəət vergisi ödəyib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
İllik hesabata görə, 31 Dekabr 2018-ci il tarixində "Kapital Bank"ın cəmi aktivləri 3 milyard 802 milyon manat, o cümlədən müştərilərə verilmiş kreditlər 1 milyard 410 milyon manat təşkil edib. Yerli standartlar əsasında tərtib edilmiş hesabatda Bankın cəmi aktivlərinin 3 milyard 716 milyon manat, o cümlədən müştərilərə verilmiş kreditlərin 1 milyard 500 milyon manat olduğu qeyd edilmişdi.
"Kapital Bank" ASC-nin 99,87%-i "PAŞA Holdinq"ə, 0,13%-i isə fiziki şəxslərə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
7 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
7 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
7 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı




















