5 sığorta şirkəti bazarın 66,45%-i deməkdir
5 sığorta şirkətinin aktivləri 50 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 20-si bu il yanvarın 1-nə aktivlərinin məbləği barədə məlumat verib ki, bunlardan da 5-də sözügedən göstərici 50 milyon manatdan çoxdur.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (346,807 milyon manat), "PAŞA Sığorta" (174,825 milyon manat), "Atəşgah Həyat Sığorta" (89,427 milyon manat), "Azsığorta" (60,73 milyon manat) və "Xalq Sığorta" (58,951 milyon manat) ASC-lərdir.
Adları çəkilən 5 şirkətin məcmu aktivləri 730,74 milyon manat təşkil edir ki, bu da bazarın 66,45%-i deməkdir. Qalan 15 sığorta şirkətindən 14-nün aktivləri 10-50 milyon manat arasında, 1-nin - "Amrah Sığorta" ASC-nin aktivləri isə 6,522 milyon manatdır.
20 şirkətdən 11-i ötən il aktivlərini artırıb. Ən yüksək müsbət dinamika "PAŞA Həyat Sığorta"da (66,8%), ən aşağı müsbət dinamika isə "A-Qrup Sığorta" ASC-də (3,5%) qeydə alınıb. Qalan 9 sığorta şirkətinin isə aktivləri azalıb. Ən yüksək mənfi dinamika "İpək Yolu Sığorta" ASC-də (18,2%), ən aşağı mənfi dinamika isə "Azsığorta"da (0,5%) baş verib.
***
Ötən ilin sonuna 20 sığorta şirkətindən 4-də uzunmüddətli aktivlər 15 milyon manatdan çoxdur. Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (196,625 milyon manat), "PAŞA Sığorta" (43,548 milyon manat), "Xalq Sığorta" (27,609 milyon manat) və "Qala Həyat Sığorta" (15,082 milyon manat) ASC-lərdir.
Adları çəkilən 4 şirkətin məcmu uzunmüddətli aktivləri 282,864 milyon manat təşkil edir ki, bu da bazarın 76,2%-i deməkdir. Qalan 16 sığorta şirkətindən 14-nün uzunmüddətli aktivləri 1-15 milyon manat arasında, 2-nin uzunmüddətli aktivləri isə 1 milyon manatdan azdır. Bunlar "Amrah Sığorta" (17 min manat) və, "Azərbaycan Sənaye Sığorta" (812 min manat) ASC-lərdir.
20 şirkətdən 11-i 2018-ci ildə uzunmüddətli aktivlərini artırıb. Ən yüksək müsbət dinamika "PAŞA Həyat Sığorta" ASC-də (5,8 dəfə), ən aşağı müsbət dinamika isə "Meqa Sığorta" ASC-də (12,2%) qeydə alınıb. Qalan 9 sığorta şirkətinin isə uzunmüddətli aktivləri azalıb. Ən yüksək mənfi dinamika "Standard Insurance" Sığorta Şirkəti ASC-də (61,5% az), ən aşağı mənfi dinamika isə Dövlət Sığorta Kommersiya Şirkətində ("Azərsığorta") (0,1%) baş verib.
***
Bu ilin əvvəlinə 20 sığorta şirkətindən 4-də qısamüddətli aktivlər 50 milyon manatdan çoxdur. Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (150,183 milyon manat), "PAŞA Sığorta" (131,277 milyon manat), " Atəşgah Həyat Sığorta" (84,089 milyon manat) və "Azsığorta" (54,238 milyon manat) ASC-lərdir.
Adları çəkilən 4 şirkətin məcmu qısamüddətli aktivləri 419,787 milyon manat təşkil edir ki, bu da bazarın 57,6%-i deməkdir. Qalan 16 sığorta şirkətindən 12-nin qısamüddətli aktivləri 10-50 milyon manat arasında, 4-nün qısamüddətli aktivləri isə 10 milyon manatdan azdır. Bunlar "Amrah Sığorta" (6,505 milyon manat), "Bakı Sığorta" (6,664 milyon manat), "Günay Sığorta" (8,994 milyon manat) və "Rəvan Sığorta" (9,478 milyon manat) ASC-lərdir.
20 şirkətdən 10-u ötən il qısamüddətli aktivlərini artırıb. Ən yüksək müsbət dinamika "Atəşgah Həyat Sığorta" ASC-də (67,1%), ən aşağı müsbət dinamika isə "Azsığorta" ASC-də (1,3%) qeydə alınıb. Qalan 10 sığorta şirkətinin isə qısamüddətli aktivləri azalıb. Ən yüksək mənfi dinamika "Atasığorta" ASC-də (40,2% az), ən aşağı mənfi dinamika isə "A-Qrup Sığorta" ASC-də (1,6%) baş verib.
"Naxçıvan Sığorta" ASC aktivlərinin məbləğini açıqlamayıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 22 d. əvvəl
-
-
35 d. əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 49 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
1 saat əvvəl
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
3 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Ən çox oxunanlar
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
Mayın 19-da gözlənilən hava şəraiti
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu














.jpg)









