Dövlət Agentliyi və Beynəlxalq Bank “Startap günləri” layihəsinə başladı
® İndiyə qədər müştərək layihələrlə bir sıra faydalı təşəbbüslərə imza atmış Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu ilə birgə “Startap günləri” layihəsinə başlayır.
Aprelin 8-də Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçirilən mətbuat konfransında layihə ictimaiyyətə təqdim olunub.
Bu təşəbbüs universitet tələbələri üçün nəzərdə tutulub. Layihə çərçivəsində ölkəmizdəki ayrı-ayrı universitetlərdə “Startap günləri” keçiriləcək. Hər hansı startap ideyası olan gənclər bura cəlb olunacaqlar. Tələbələr öz startaplarını fərdi, yaxud komanda şəklində təqdim edə bilərlər. Yetərincə əsaslandırılmış real ideyaların müəllifləri üçün “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində hazırlıq təlimləri təşkil olunacaq. Bu təlimlərdə xüsusi fərqlənən gənclərə öz ideyalarını reallaşdırmaq üçün lazımi kömək göstəriləcək.
“Startap günləri”nin aprel, may və iyun aylarında Bakı şəhərindəki Turizm və Texnologiya Peşə Liseylərində, Azərbaycan Texniki Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Gəncə və Mingəçevir şəhərlərində yerləşən universitetlərdə, Azərbaycan Dövlət Pedaqoji Universitetində,
Bakı Ali Neft Məktəbində, Bakı Dövlət Universitetində, Qərb Universitetində, həmçinin ASAN Könüllüləri Təşkilatında keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, bank innovativ təşəbbüsləri hər zaman dəstəkləyib və bu dəstəyi gələcəkdə də davam etdirəcək: “Startap ideyalarına malik gənclərə kömək göstərməklə biz ümumən cəmiyyətimizin gələcəyinə sərmayə qoymuş oluruq. Öz biznes layihələrini reallaşdırmağa başlayan gənclərimizin yanında olmaqdan qürur duyuruq”.
“Startap günləri” layihəsinə iyulda təşkil ediləcək “Startap Azərbaycan” konfransı ilə yekun vurulacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)










.jpg)
