“Şadlıq evləri, istirahət mərkəzləri bələdiyyələrə pul verməlidir”

“Bələdiyyə yerli özünüidarəetmə sistemidir və bu sistemi insanlar seçirlər. İnsanların da bu idarəetmədə fəal iştirakı lazımdır. Amma bu, bizdə çatışmır. İstər maliyyə bazarı, istər torpaq, istərsə də vergi sahəsində bizim ölkədəki kimi, heç bir yerdə dəqiq qərarlar mövcud deyil”.
Bunu açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev bələdiyyələrin durumundan danışarkən deyib.
“Bələdiyyə-vətəndaş münasibətləri qurulmalıdır”
Parlament üzvü bildirib ki, heç bir yerdə bələdiyyələrin bu qədər maliyyə sərbəstliyi yoxdur:
“Başqa ölkələrdə bələdiyyələrə öz büdcəsini formalaşdırmaq və ondan istifadə etmək hüququ verilməyib. Türkiyədə belə, yığılan vergilərin müəyyən faizi bələdiyyənin hesabına keçir. Bələdiyyəni seçən də, ona vergi ödəyən də vətəndaşdır. Buna görə də bələdiyyə- vətəndaş münasibətləri yaxşı qurulmalıdır”.
“Məktəb tikməyə gücünüz yetmirsə, bağça tikin”
Türkiyədə keçirilən sonuncu bələdiyyə seçkilərində xalqın böyük həvəslə çıxış etdiyini xatırladan deputat deyib ki, indiki dövrdə həmin ölkələrin bələdiyyələrində də problemlər var:
“Bir neçə dəfə xarici ölkələrdə, eləcə də, Türkiyədə bələdiyyələrlə tanış olmuşuq. Bir sıra ölkələrdə iş adamları, sahibkarlar vaxtaşırı olaraq bələdiyyələrə könüllü şəkildə kömək göstərirlər. Bizdə isə əksinə, ancaq bələdiyyədən tələb edirik ki, yaşıllıq salsın, yol çəksin və s. Xüsusi layihə təqdim edən bələdiyyələr dövlət tərəfindən maliyyələşir. Bəzi bələdiyyələrin imkanı var ki, həmin maliyyə dəstəyi olmadan da müəyyən işlər görsün.
Neçə dəfə təklif etmişəm ki, məktəb tikməyə gücünüz yetmirsə, bağça tikin, icarəyə götürülən yer də boş qalmasın. Həmin bağçaları da ödənişli edərək, ora cəlb etdiyiniz uşaqların valideynindən xahiş edin ki, bağçaya yatırım qoysunlar. Bizdə şadlıq evləri, mehmanxanalar, istirahət mərkəzləri, ümumilikdə bütün xidmət sahələri bələdiyyələrə pul verməlidirlər. Çünki bunların hər biri bələdiyyələrin ərazisində yerləşir. Qazancın 2 faizini ödəmədiklərinə baxmayaraq, həmin obyektlərin sahibləri bələdiyyələrdən yolun çəkilməsini və həmin ərazidə başqa problemlərin həll edilməsini istəyirlər”.
Bələdiyyə üzvləri niyə əmək haqqı almır?!
Tahir Rzayevin sözlərinə görə, bələdiyyə üzvləri əvvələr maaş alırdı:
“Sonradan məlum oldu ki, həmin üzvlərin əlavə iş yerləri, fəaliyyətləri var və üzvlük haqqı verilmədi. Belə olan təqdirdə bələdiyyə üzvlərinin işə marağı qalmır. Ən azından, insanlar etimad göstərib bir şəxsi bələdiyyə üzvü seçirlərsə, həmin şəxs də insanlar üçün bələdiyyənin yığıncaqlarında məsələ qaldırmalıdır.
Əvvələr bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə əlaqədər olaraq Norveçdən xidməti sahələr üzrə mütəxəssislər tez-tez gəlirdi. Həmin şəxslərə bildirirdim ki, burdakı vəziyyəti öz ölkənizlə müqayisə etməyin! Əgər nəqliyyat sahəsini bələdiyyəyə tapşırsaq, heç bir avadanlıq vasitəsi olmadan 10 gün içərisində nəqliyyat xaos yaşayacaq”.
“Bələdiyyələrin sayı azaldılacaq”
Deputat Türkiyədəki kimi böyük şəhər bələdiyyələrinin yarana bilməməsinə də aydınlıq gətirib:
“Böyük şəhər Bələdiyyəsi yaratmaq kimi bir təşəbbüs vardı. Əgər həmin birlik yaradılsa, gərək bütün bələdiyyələr onun ətrafında birləşəydi. Həmin qurum yaransa da, bir iş görə bilməyəcəkdi. Bələdiyyənin formalaşması üçün zaman lazımdır. Hazırda bəzi bələdiyyələrin sayının azaldılması nəzərdə tutulur”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Modern
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
5 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 15 saat əvvəl
-
19 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
21 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
