Kiçik və orta biznesə dəstək üçün mühüm razılaşma - İLK BANK OLDU
® Aprelin 4-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
Sənəd kiçik və orta biznesə (KOB) dəstək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Beləliklə, Azərbaycan Beynəlxalq Bankı KOBİA ilə belə bir əməkdaşlıq sənədi imzalayan ilk bank olub.
Protokola uyğun olaraq, KOBİA və Azərbaycan Beynəlxalq Bankı dövlət və özəl sektor arasında əlaqələrin daha da genişləndirilməsi, innovativ təşəbbüslərin reallaşdırılması, startap, mikro, kiçik və orta biznes subyektlərinin dəstəklənməsi və inkişafı, sahibkarların maarifləndirilməsi kimi istiqamətlərdə birgə tədbir və layihələr həyata keçirəcək. Bu əməkdaşlıq KOB subyektlərinin sərgilərdə, təcrübə mübadiləsi proqramlarında iştirakının təmin olunması, qadın, gənc və ailə sahibkarlığının inkişafına dəstək, sahibkarlar üçün müvafiq təşviqedici kampaniyaların, konqreslərin və digər bu kimi tədbirlərin təşkili, KOB-ların maarifləndirilməsini əhatə edir. Bundan başqa, əməkdaşlıq çərçivəsində startaplar və sahibkarlıq subyektləri üçün regional əhəmiyyətli müxtəlif informasiya və məlumatlandırma layihələrinin həyata keçirilməsi, innovativ sahibkarlıq sahəsində layihələrə dəstək göstərilməsi nəzərdə tutulur. Bu, KOB subyektlərinin fəaliyyətində informasiya texnologiyalarının, innovativ həllərin tətbiqinə dəstək olacaqdır.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bununla əlaqədar bildirib: “İri korporativ müştərilərimizlə yanaşı, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, onların maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi bizim üçün prioritet məsələlərdəndir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə imzaladığımız Niyyət Protokolu inanırıq ki, bu məqsədlə planlaşdırdığımız layihələrin icrasına böyük töhfə verəcəkdir”.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Agentlik KOB-lara dəstək məqsədilə bu cür tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlıdır:
“Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək birgə layihələr və tədbirlər kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində, sahibkarların maarifləndirilməsində əhəmiyyətli olacaqdır. Son nəticədə isə bütün bunlar kiçik və orta sahibkarlıq subyektlərinin ölkə iqtisadiyyatındakı rolunun möhkəmləndirilməsinə xidmət edəcəkdir”.
Niyyət Protokoluna Azərbaycanın müxtəlif bölgələrində KOB inkişaf mərkəzlərinin yaradılması, sahibkarlara Azərbaycan Beynəlxalq Bankının təlim və innovasiya infrastrukturundan faydalanmaq üçün imkanların yaradılması, sahibkarların maliyyə savadlılığının artırılması kimi əhəmiyyətli təşəbbüslər də daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
11 d. əvvəl
Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb
-
-
24 d. əvvəl
50-dən çox ölkədə uşaq qidası qalmaqalı: Məhsullar bazardan yığışdırılır
- 25 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranı hədələdi: İnsanlar öldürüləcəyi halda, sizi çox sərt vurarıq
-
14 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
15 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Rəsmi məzənnələr açıqlandı
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
Ən çox oxunanlar
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Xalq Bankdan depozit seyfi xidməti







.jpg)



















