İtaliya şirkəti Azərbaycana göndərib, məhsuldarlıqda yerli sortları 3-4 dəfə üstələyir
Quba-Xaçmaz zonasında yeni texnologiya əsasında salınan fındıq bağlarında İtaliyadan gətirilən sortlar əkilir.
Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun İtaliyanın “Ferrero” şirkəti ilə əməkdaşlığı çərçivəsində gətirilən fındıq sortları məhsuldarlığına görə yerli sortları 3-4 dəfə üstələyir.
İnstitutun direktoru İlham Qurbanov bildirib ki, italyan sort fındıqlar yeni texnologiya əsasında əkilib.
“Prezident İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların yetişdirilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən fındıq bağlarının sahəsinin artırılmasına xüsusi diqqət yetirilir. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ərazisində 2 hektar sahədə italyan texnologiyası ilə bağ salınıb. Burada təkcə italyan yox, eyni zamanda, dədə-baba və institutun yetişdirdiyi “Qalib”, “Saçaqlı” fındıq sortları əkilib. Yeni bağların salınması ənənəvi bağlardan fərqlənir. Ənənəvi fındıq bağları ocaq əkin sitemi ilə salınırdı. Yəni qazılan çalada 3-6 pöhrə əkilirdi. İtalyan texnologiyasında isə pöhrələr yox, cəmi bir ting əkilir. Ötən ildən başlayaraq Zaqatalada dədə-baba sortunun tinglərini də yetişdirmişik. İndi həmin tinglər müqayisə üçün italyan sortları ilə birlikdə bu sahədə əkilib” - deyə İ.Qurbanov söyləyib.
Quba-Xaçmaz zonasında yeni texnologiya ilə ümumilikdə, 3 min hektara yaxın fındıq bağlarının salınması nəzərdə tutulub. Bunun 1500 hektarı artıq əkilib. Bu texnologiya ilə əkilən bağlarda məhsuldarlıq bir hektardan 3 tona kimi arta bilər.
Xaçmazlı təsərrüfatçı Qurban Qəribov 3 hektar sahədə yeni texnologiya ilə İtaliyadan gətirilən fındıq tingləri əkib.
“Bunun əsas üstünlüyü ondan ibarətdir ki, əkin sahəsində daha çox ağac becərmək mümkündür. Bir hektara təxminən 335 ting əkmişik. Bağın salınmasında italiyalı mütəxəssislər də iştirak edib. Bizdə fındıq adətən kol bitkisi kimi becərilir. Yeni sortlar isə digər ağaclar kimi bir gövdədən ibarətdir. əkildikdən 3 il sonra məhsul verməyə başlayır. Bir ağacın məhsuldarlğı 60 kiloqrama yaxındır. Dədə-baba sortlarda isə bu göstərici ən yaxşı halda 15 kiloqramdır”, - deyə təsərrüfatçı bildirib.
Yeni salınan bağlar mütəxəssislərin təlimatları əsasında xüsusi aqrotexniki tədbirlər görülməklə becərilir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 2 gün sonra
-
1 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 14 saat sonra
- 8 saat əvvəl
-
10 saat əvvəl
Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
“Güzəştli mənzil” sisteminə xüsusi proqram ilə müdaxilə edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi - AÇIQLAMA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!



















