"Azər Türk Bank"dan bayramlar münasibətilə endirim kampaniyası
Azər Türk Bank qarşıdan gələn Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə 4 mart tarixindən etibarən yeni endirim kamaniyasına başlayır.
30 mart tarixinədək davam edəcək bu kampaniya çərçivəsində “İstehlak” krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 1%-dən 3%-dək endirim tətbiq edilir. Məsələn, kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 18%-lə hesablanacaqdır. Əlavə olaraq, iki min manatdan artıq kredit götürən müştərilərə bir illik Gold kartı hədiyyə ediləcəkdir.
Kreditin müddəti | Kampaniya üzrə faiz dərəcəsi |
12 ay | 18% |
24 ay | 20% |
36 ay | 22% |
Həmçinin, kampaniya ərzində Bank müştərilərə fiziki şəxlər üçün nəzərdə tutulmuş güzəşt müddətli kredit kartlarını sərfəli şərtlərlə təklif edir. Eyni zamanda, kredit götürən müştərilərə, kreditin müddətinə uyğun olaraq, Gold kartı hədiyyə olunur.
Kampaniya müddətində Gold kartları hər kəs üçün dəyərinin 50 faiz həcmində endirimlə təklif ediləcəkdir.
4 - 30 mart tarixləri arasında plastik kart əldə etmək üçün Banka müraciət edən bütün xanımlara Beynəlxalq Qadınlar Günü münasibətilə bir illik Gold kartı hədiyyə ediləcəkdir.
Daha bir sərfəli yenilik əmanətçələr üçün nəzərdə tutulmuşdur. Belə ki, kampaniya zamanı milli valyutada 36 ay müddətinə açılan “Klassik” əmanətinin faizləri 1% artırılmaqla illik 10,5 - 11 faiz səviyyəsində olacaqdır.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)



