"Vətəndaş krediti bağlayıbsa, ödədiyi artıq məbləğ ona qaytarılacaq"
"Azərbaycanda ABŞ dolları ilə götürülmüş kreditlərlə bağlı güzəşt 550-600 min insanı əhatə edə bilər. Onların ailə üzvlərini də saysaq bu güzəşt təxminən 2 mln. insana rahat nəfəs almağa imkan verəcək".
Bunu açıqlamasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanı şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
"Həmin dövrdə götürülmüş kreditlərin müəyyən bir qismi artıq ödənilib. Ancaq bir məsələ var. Fərmanda deyilmir ki, bu, problemli kreditlərə şamil edilsin, deyilir ki, 10 min dollara kreditlərə tətbiq edilsin. Yəni, hamıya aid olacaq. Dollarla borcu olan vətəndaşlarının sayının azalmasından söhbət getmir. Ən son 2 min və 5 min dollaradək olan kreditlərə güzəşt tətbiqi ilə bağlı məsələ müzakirə olunurdu. Məbləğin 10 min dollara qədər lması miqyası genişləndirir", - deyə o, qeyd edib.
"Dollar kreditləri 2 kateqoriyaya bölünür. Bunlar 2015-ci il fevralın 21-nə qədər götürülmüş və həmin tarixdən 2015-ci il dekabrın 21-nə qədər götürülmüş borclardır. Ümumi güzəşt devalvasiya nəticəsində borcun manatla ifadəsində yaranmış fərqin ödənilməsinə hesablanıb. Yəni, 1-ci devalvasiyadan əvvəl götürülmüş hər dollara görə 25 qəpik, 1-ci və 2-ci devalvasiyalar arasında götürülmüş hər dollara görə 60 qəpik, 2-ci devalvasiyadan sonra götürülmüş hər dollara görə isə hər iki güzəşt - yəni, 85 qəpik ödənilir. Vətəndaşın bu günə borcu yoxdursa, ödədiyi artıq məbləğ ona qaytarılır. Bu məsələ fərmanda konkret göstərilməsə də, ola bilsin ki, banklar vətəndaşın adına əmanət hesabı açacaq orada yerləşdiriləcək. Çünki 2015-2019-cu illərdə insanlar borclarını müxtəlif yollarla ödəməyə çalışıblar. Onların bu günə borcları az ola bilər", - deyə R.Həsənov bildirib.
"Banklar 45 gün ərzində hər bir şəxs üçün detallı məlumatları-nə qədər güzəşt olunmalıdır, həmin dövrə krediti nə qədər olub, güzəştdən sonra qalıq məbləğ nə qədər olacaq və s. təhvil verməlidirlər. Bankların digər öhdəliyi bu günə qədər gecikməyə görə məhkəmələrə göndərilən işlərin geri çağırılmasıdır. Bunun üçün də 1 ay müddət verilib. Eyni zamanda hesablanmış faiz və dəbbə borcları silinməlidirlər. Bu məqsədlə banklara 682 mln. manat güzəştli kredit verilməsi nəzərə tutulub. Həmçinin 215 mln. dollarlıq qiymətli kağızın banklarda yerləşdirilməsi ilə bankların valyuta balansının qorunması planlaşdırılır. Düşünürəm ki, adekvat bir qərardır", - deyə iqtisadçı fikrini tamamlayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 d. əvvəl
-
18 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 27 d. əvvəl
-
45 d. əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
53 d. əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir






















