Cəmi gəliri 34 faiz artsa da, xalis mənfəəti 4% azalıb
“Meqa Sığorta” ASC 2018-ci ili 4 milyon 757 min manat xalis mənfəət ilə başa vurub. Bu rəqəm, 2017-ci ilin xalis mənfəət rəqəmi ilə müqayisədə 4,3% azdır. Belə ki, şirkət 2017-ci ili 4 milyon 968 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” “Meqa Sığorta”nın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Meqa Sığorta”nın cəmi gəlirləri 27 milyon 17 min manat, cəmi xərcləri isə 21 milyon 71 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə “Meqa Sığorta”nın cəmi gəlirləri 20 milyon 108 min manat, cəmi xərcləri isə 13 milyon 896 min manat təşkil etmişdi. Beləliklə, illik müqayisədə Şirkətin cəmi gəlirləri 6 milyon 909 min manat və ya 34,4%, cəmi xərcləri isə 7 milyon 174 min manat və ya 51,6% artıb.
2017-ci illə müqayisədə 2018-ci ildə “Meqa Sığorta”nın birbaşa sığorta üzrə hesabladığı sığorta haqları 8 milyon 931 min manat və ya 53,6% artaraq 25 milyon 571 min manat təşkil edib.
2017-ci illə müqayisədə 2018-ci ildə “Meqa Sığorta”nın sığorta ödənişləri isə 14,8% artaraq 3 milyon 648 min manat təşkil edib.
Şirkətin təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərci 5 milyon 538 min manatdan 13 milyon 541 min manata yüksəlib.
“Meqa Sığorta”nın maliyyə mənfəəti 6 milyon 211 min manatdan 5 milyon 946 min manata geriləyib.
KAPİTALI AZALIB, ÖHDƏLİKLƏRİ ARTIB
31 Dekabr 2018-ci il tarixində “Meqa Sığorta” 42 milyon 490 min manat cəmi aktivlərə, 18 milyon 647 min manat cəmi öhdəliklərə və 23 milyon 843 min manat cəmi kapitala malik olub.
31 Dekabr 2017-ci il tarixində “Meqa Sığorta” 35 milyon 521 min manat cəmi aktivlərə, 9 milyon 849 min manat cəmi öhdəliklərə və 25 milyon 671 min manat cəmi kapitala malik idi. Sığorta ehtiyatlar və təkrarsığorta əməliyyatları üzrə öhdəliklər artdığından cəmi öhdəliklər də artıb.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
5 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 8 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
























