"AtaBank" rəsmi internet səhifəsini yenilədi
“AtaBank” ASC tam yenilənmiş saytını müştərilərinin istifadəsinə təqdim edib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, sayta daxil olaraq hüquqi və fiziki şəxslərə təqdim edilən bütün xidmətlər barəsində məlumat əldə edə bilməklə yanaşı müştərilər plastik kart, səfirliyə təqdim etmək üçün arayış və kredit sifarişlərini, kommunal və kredit ödənişlərini onlayn həyata keçirə bilərlər.
Bundan əlavə saytda Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tələb olunan hesabatlar, İ-Map, bankın maliyyə göstəriciləri öz əksini tapıb. Əvvəlki versiyadan fərqli olaraq yenilənmiş saytdan bankın İnternet və Mobil Bank xidmətinə asanlıqla keçmək, həmçinin ən yaxında yerləşən filial və ATM-lər haqqında məlumat əldə etmək olar.
Ən əsası isə sayta daxil olub 136 Qaynar xətt düyməsini seçərək istənilən sosial şəbəkə, whatsApp, telegram, sayt üzərində mövcud olan mesencer vasitəsi ilə dərhal bank ilə əlaqə yaratmaq mümkündür.
“AtaBank” ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru Oruc İbrahimov bildirdi ki, müştərilərin bütün istəkləri və beynəlxalq standartlar nəzərə alınaraq sayt tamami ilə yenilənib. Daha müasir üslubda hazırlanan sayt ən xırda məqamları belə nəzərə almaqla müştərilərin asanlıqla istifadə edə bilmələri üçün olduqca rahat tərtib edilib.
Bankın yeni internet səhifəsi ilə tanış olub onun imkanlarından yararlanmaq istəyənlər www.atabank.com saytını ziyarət edə bilərlər.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























.jpg)
