Məşhur SUV-nin yenilənmiş versiyası Bakıdadır - QİYMƏT
Yenilənmiş Hyundai Tucson artıq Bakıdadır. Bu barədə “Marja”ya Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkətindən bildirilib.
Şirkətdən qeyd ki, büasir dünyada avtomobilləri ilə liderlərdən olan Hyundai keyfiyyəti və yenilikləri ilə alıcılarını təəccübləndirməyə davam edir.
Ön eksteryerə tətbiq edilən kəskin xəttlər, genişləndirilmiş radiator barmaqlıqları, daha iti bucaqlı LED işiqlar və bamper keçidləri avtomobilin görünüşünə cazibə və etibarlılıq qatmışdır.
Uğuru komfortsuz düşünmək mümkün deyil. Məhz buna görə də müxtəlif rəngli və keyfiyyətli dekorativ elementlərdən hazırlanmış zövqlü interyeri və funksional innovativ sistemi ilə yenilənmiş Tucson sizin üçün gəlir. İnteryerdə ilk diqqət çəkən məqam rəqamsal məlumat-əyləncə ekranının nəzərə çarpacaq ölçüdə yerləşdirilməsidir. Havalandırma deflektorları isə daha yumşaq cizgilər ilə dizayn edilib. Oturacaqlarda olan tənzimləmə funksiyası və isitmə sistemi ilə siz qüsursuz rahatlığı tapacaqsınız. Həmçinin, geniş arxa oturacaqlar sizin üçün komfort zona yaradacaq. 8 spikerlə təmin olunmuş Infinity audio sistemi sizləri əhatəli səslə təmin edəcək. Genişləndirilmiş panorama lyuk sayəsində yalnız öndə oturanlar yox, həm də arxa oturacaqdakı sərnişinlər gözəl mənzərəni seyr edə, təmiz hava alaraq ulduzları izləyə biləcəklər.
Ətrafı göstərən monitor vasitəsilə avtomobilin üstdən görüntüsü də daxil olmaqla müxtəlif perspektivlərdə əhatəli görüntü sayəsində rahatlıqla park edə bilərsiniz. Ətrafı daha yaxşı görə bilmək üçün 360 dərəcə, ön yaxud arxa kamera seçimlərindən istifadə edə bilərsiniz.
BlueLink proqram təminatı rahatlıqla avtomobilinizin qapılarını məsafədən idarə etməyə, mühərriki işə salmağa və qəza anında avtomatik olaraq fövqəladə vəziyyətin yarandığını zəng vasitəsi ilə lazımi qurumlara bildirmək imkanı verir. Yenilənmiş Tucsonda baqajın qapısını açmaq üçün heç bir əziyyətə ehtiyac yoxdur! İntellektual baqaj qapı sistemi texnologiyası vasitəsilə rahatlıqla yüklərinizi baqaja yığa yaxud baqajdan götürə bilərsiniz. Baqajın geniş olması isə əşyalarınızı yığmaq üçün bir nömrəli variantdır.
Yenilənmiş Hyundai Tucson-un sahib olduğu MPI mühərrik, silindirləri avtomatik idarə etdiyi üçün hərəkət gücünü lazımi səviyyədə saxlayaraq yanacaq qənaətinə səbəb olur. Avtomobil işlək vəziyyətdə olduqda belə mühərrikin səsi salonda demək olar ki, eşidilmir. Bu da sərnişinlərə rahatlıqla səyahət etmək imkanı verir və avtomobilin daha əlverişli, rahat və ekoloji olmasına səbəb olur.
Dinamik stili, təhlükəsizliyi, performansı və innovativ xüsusiyyətləri ilə seçilən yenilənmiş Hyundai Tucson yerli müştərilərə üç növ komplektasiyada (“2.0 MPi GLS 6 pilləli AT”, “2.0 MPi GLS+ 6 pilləli AT” və “2.0 MPi Prestige 6 pilləli AT”) təklif olunur. Avtomobil 2.0 litr mühərrikləv ə 6 pillə avtomatik sürətlər qutusu ilə təchiz edilir.
Yenilənmiş Hyundai Tucson-un qiyməti 42 min 300 manatdan başlayır.
Ətraflı məlumat üçün ünvan: http://www.hyundai.az/tucson/
Avtomobili əldə etmək üçün: Ziya Bünyadov pr.118 yerləşən Hyundai satış mərkəzinə müraciət edə bilərsiniz.
Əlaqə nömrəsi: (012) 989





Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat sonra
- 18 d. əvvəl
-
- 26 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
12 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Ən çox oxunanlar
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub






.jpg)








.jpg)



