Naxçıvan iqtisadiyyatı 2,3 faiz artıb
Muxtar respublikada 2019-cu ilin yanvar ayında 168 milyon 313 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 368,9 manata çatıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 91 milyon 782 min manat dəyərində məhsul istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvar ayında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 36 milyon 661 min manat vəsait yönəldilib. Əsas kapitala yönəldilmiş vəsaitin 33 milyon 718 min manatı və ya 92 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
2019-cu ilin yanvar ayında 8 milyon 229 min 400 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. Həmin dövr ərzində diri çəkidə ət istehsalı 2028 tonu, süd istehsalı isə 2005 tonu ötüb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artıb.
2019-cu ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin dəyəri 4 milyon 25 min 700 manat olub ki, bu da 2018-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 3 milyon 66 min 200 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 2,5 faiz artıb.
Ötən ay muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 3 milyon 158 min 100 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 28,2 faiz çoxdur. Verilmiş kreditlərin 591 min 300 manatı və yaxud 18,7 faizi qısamüddətli, 2 milyon 566 min 800 manatı və yaxud 81,3 faizi uzunmüddətli kreditlər olub.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilib. 1 fevral 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 80235-ə çatıb ki, bunun da 70625-i və ya 88 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar ayında açılmış 1391 bank hesabının 1382-si aktiv hesablar olub.
Quraşdırılmış POS-terminalların sayı isə fevralın 1-nə 1272-yə çatıb.
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2019-cu ilin yanvar ayında 29 milyon 721 min 400 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 23 milyon 950 min ABŞ dolları təşkil edib, 18 milyon 178 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
2018-ci ildə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 433 manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 3,1 faiz çoxdur.
Yanvarın 1-nə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3,3 min nəfər artaraq 456 min nəfəri ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
9 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
10 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
10 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
10 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
Ən çox oxunanlar
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ







.jpg)








.jpg)


