Kirayə və sosial evlərlə bağlı qərarlar mənzil bazarına təsir edəcək, yoxsa...

Ekspertlərin fikrincə, bu addımlar qiymətlərin aşağı düşəcəyini proqnozlaşdırmağa əsas verir
Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlər həyata keçiriləcək. Bununla bağlı "Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər edilir. Yeni layihə Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Son dövrlərdə aztəminatlı gənc ailələrin mənzil əlçatanlılığını təmin edilməsi üçün müxtəlif işlər görülür. Buna misal olaraq sosial evlərin satışa çıxarılması, kirayə evlərlə bağlı qəbul edilən yeni qərarı nümunə göstərmək olar. Bəs görəsən atılan addımlar mənzil bazarında qiymətlərə necə təsir edəcək?
İqtisadçı-eskpert Rəşad Həsənovdeyir ki, bu sahədə yeni mexanizmlərin formalaşdırılması müsbət addım kimi qiymətləndirilə bilər: "Xüsusilə aztəminatlı ailələrin mənzil əlçatanlığı kifayət qədər aşağıdır. Müəyyənləşdirilən kateqoriyalar aztəminatlı vətəndaşların mənzil təminatının yüksəldilməsinə və proqramın aktivliyinin təmin olunmasına imkan vermir. İpoteka kreditlərinin və həmçinin güzəştli mənzillərin verilməsi zamanı əsas parametr ödəmə qabiliyyəti hesab olunur. Müəyyənləşdirilən kateqoriyalar dövlət sektorunda çalışanlara bu imkanlardan yararlanmağa daha çox imkan yaradır. Ümumiyyətlə götürdükdə isə vəsaitlərin həcmi azdır. Son illər ərzində ümumi olaraq mənzil satışı 3-4 minə yaxın olub. Əvvəlki dövrlərdə bu göstərici daha da aşağı idi. Bəzi hallarda bu göstərici min mənzilə qədər çatmırdı. İl ərzində ölkədə təqribən 30-40 minə yaxın gənc ailə qurulur. Bu ailələrin isə mənzilə ehtiyacı böyükdür. Müasir iqtisadi şərtlər daxilində onların əksəriyyəti güzəştli formada mənzil problemini uzun müddət həll edə bilmir. Bu məqamları nəzərə alsaq, düşünürəm ki, hələlik sözügedən istiqamətdə mövcud mexanizmlər ciddi nəticələrə gətirib çıxarmayıb. Düzdür, sosial evlərlə bağlı ilkin addımlar atılmaqdadır. Amma hələlik bu qurumun özünün də fəaliyyəti məhdud hesab olunur. Çünki proqramda il ərzində bazara 3 minə yaxın mənzilin təklif olunması nəzərdə tutulub. Amma hələlik bazara cəmi 400 mənzil təklif olunub. Sürətin zəif olması, eyni zamanda, maliyyə məhdudluğu kimi məsələlər bu istiqamətdə geniş miqyasda fəaliyyətlər həyata keçirməyə və təsir formalaşdırmağa uyğun şərait yaratmır. Kirayə mənzillərlə bağlı yeni qaydaların təsdiqlənməsi xeyli müsbət addımdır. Çünki bu qərar digərlərindən bir qədər fərqlənir. Bu fərqlərdən ən önəmlisi isə ilkin tələb olunan məbləğin aşağı olmasıdır. Yəni qaydaya əsasən, gəlirlərin təsdiqlənməsi məsələsi prioritet hesab olunmur. Gəlirlər təsdiqlənmədən də mənzilləri satmaq şərti ilə kirayəyə vermək nəzərdə tutulur. Hesab edirəm ki, bu addım müəyyən qədər daha effektiv nəticələrə gətirib çıxara bilər. Aztəminatlı ailələrin mənzil probleminin həllində bu qərar mühüm rol oynayacaq. Amma il ərzində nə qədər mənzilin bazara təklif olunması əhəmiyyətli məqamlardandır. Yaxın gələcəkdə bu qərarın nəticələrini görəcəyik. Ümumiyyətlə, hesab edirəm ki, yaranmış şərait müəyyən çağırışlar formalaşdırır. Yaradılan yeni mexanizm də bu çağırışların fonunda yaradılır. Ötən il daşınmaz əmlak bazarında müəyyən qədər durğunluq müşahidə olunurdu. Bu mənada aktivliyin bərpa edilməsinə ehtiyac var. Tikilən mənzillərin böyük əksəriyyəti mövcud mexanizmlərlə alınır. Sektorda aktivliyi artırmaq və tələb formalaşdırmaq üçün müəyyən amillər şərtdir. Əhalinin alıcılıq qabiliyyəti əvvəlki illərdə olduğu səviyyədə deyil. Ona görə də, alternativ mexanizmlərin formalaşdırılmasına ehtiyac yaranır. Atılan addımlar mənzil bazarında qiymətlərə müəyyən qədər təsir edir. Güzəştli mənzil strategiyası öz hədəfinə çatarsa, yəni il ərzində bazara 3000 mənzil təklif olunarsa və eyni zamanda ipoteka fondu bundan sonrakı fəaliyyətini daha da genişləndirərsə, bazarda müəyyən qiymət balonlarının qarşısı alına bilər. Bu, eyni zamanda qiymətlərin daha əlçatan olmasına şərait yarada bilər. Hazırda qiymətlər üzərində əsas təzyiq alıcılıq gücünün zəifləməsinə görə formalaşır. Faktiki olaraq sektorda tikilib satılmayan mənzillərin sayının çox olması, qiymətlərin daha da aşağı düşəcəyini deməyə əsas yaradır”.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, mənzil məsələləri üzrə ekspert Nüsrət İbrahimov söylədi ki, Azərbaycanın mənzil bazarı tipik xüsusiyyətlərə malikdir: "Ümumilikdə götürdükdə, mənzil bazarında bir milyondan bir qədər çox mənzil var. Bazardakı stabillik tez-tez pozulur. Bu isə yaxşı göstərici demək deyil. Mənzil bazarının tutumunun kiçik olması qiymətlərin tez-tez qalxıb-enməsinə gətirib çıxarır. Ona görə də, bazarın ümumi tutumunu artırmaq lazımdır. Mənzil bazarındakı stabillik iqtisadi inkişafa təkan verir. Son dövrlərdə aparılan siyasət məhz bu məqsədi güdür. İnsanların mənzil problemini həll etmək üçün müxtəlif addımlar atılır, qərarlar qəbul olunur. Əslində gənc ailələrin mənzil problemi dünyanın bütün ölkələrində aktualdır. Dünyanın müxtəlif ölkələrində bu problemlərin həlli üçün müxtəlif addımlar atılıb. Mənzil probleminə görə gənc ailələrin əksəriyyəti tez bir zamanda dağılır. Düşünürəm ki, zamanla bu məsələ öz həllini tapacaq. Bunun üçün isə davamlı şəkildə layihələr həyata keçirilməlidir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Kaspi"
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 saat sonra
- 51 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
2 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
2 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
3 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
3 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
4 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
4 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Ən çox oxunanlar

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik
