"Tesla"nın 218 milyon dollarlıq satınalması "Panasonic"i vurdu
ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla", enerjinin toplanması ilə bağlı texnologiyalar inkişaf etdirən "Maxwell" şirkətini 218 milyon dollara satın aldığını açıqlayıb.
"Marja" xəbər verir ki, bu çərçivədə, "Tesla"nın elektrik avtomobillərində "Maxwell"in istehsal etdiyi ultra kondensatorlardan istifadə ediləcəyi bildirilib.
ELEKTRİKLİ AVTOMOBİLLƏRDƏ İSTİFADƏ EDİLƏCƏK
"Tesla"nın təsisçisi və İcraçı direktoru İlon Maskın, elektrikli avtomobillərdə də istifadə edilə sözügedən texnologiyaya bir müddətdir maraq göstərdiyi bildirilir. Mənbələr, İlon Maskın ultra kondensatorların elektrikli avtomobillərdə istifadəsinin batareyalardan daha səmərəli ola biləcəyini düşündüyünü qeyd edirlər. Bu çərçivədə, İlon Maskın Stanford Universiteti ilə birlikdə işlədiyi də bildirilir.
Şirkət mənbələri, "Maxwell"in ultra kondensatorlarının, "Tesla"nın batareya dizaynını dəyişərək, əldə olunan performansı artıracağını qeyd edirlər.
"Maxwell"in elektrikli vasitələr üçün batareya komponentləri də istehsalı etdiyi bilinir. Mütəxəssislər, şirkətin istehsal etdiyi texnologiyanın avtomobil sektorunda hazırda istifadə edilən batareyalardan daha səmərəli olduğunu bildirirlər.
"Oppenheimer"in analitiklərindən Colin Rusch-a görə, şirkətin məhsulları elektrikli avtomobillərin istehsal xərclərini azalda bilər.
Rusch, "Daha geniş kütlələrə çıxmaq üçün avtomobilin qiymətlərini aşağı salmaq üzərində çalışan "Tesla", bu çərçivədə batareyanın ucuzlaşdırılması və performansın yaxşılaşdırılması üzərində çalışır" - deyib.
"Tesla"nın enerjinin yığılması məqsədilə ultra kondensatorlar istehsal edən şirkətin alınması haqqında bildirilib: "Tesla-nın missiyası olan dünyanın davamlı enerji istifadəsini artırmağa yönəlmiş potensial satınalmaları qiymətləndiririk"
YAPON BRENDİNİN SƏHMLƏRİ "ƏRİDİ"
Digər tərəfdən, proseslər "Tesla"nın ən böyük batareya tədarükçüsü olan Yaponiyanın texnologiya nəhəngi "Panasonic"i vurub. "Maxwell"in satılmasının ardından "Panasonic"in səhmlərində 6.5 faiz ucuzlaşma baş verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)






