Qanunsuz otlayan heyvanlara görə - YENİ CƏRİMƏLƏR
Dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda qanunsuz ot çalınması və mal-qara otarılmasına görə yeni cərimələr müəyyənləşib.
Nazirlər Kabineti bununla bağlı "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” qərarında dəyişiklik edib.
Beləliklə, bu halda biçənək və otlaq sahələrində qanunsuz səpilmiş otları çaldıqda 140 manat, yaxşılaşdırılmış təbii otları çaldıqda 80 manat, yaxşılaşdırılmamış təbii otları (bataqlaşmış sahələrdən başqa) çaldıqda 44 manat, bataqlaşmış sahələrdə ot çaldıqda 34 manat, biçənək və otlaq sahələrindən kənar ot çaldıqda 66 manat cərimə tətbiq olunacaq. Zədələnmiş və ya korlanmış biçənək və otlaq sahələrinin hər hektarı üçün səpilmiş otlar olduqda 1000 manat, yaxşılaşdırılmış təbii otlar olduqda 680 manat, yaxşılaşdırılmamış təbii otlar (bataqlaşmış otlardan başqa) olduqda 440 manat, bataqlaşmış otlar olduqda 300 manat cərimə alınacaq.
Biçənək və otlaq sahələrində qanunsuz mal-qara otarıldıqda isə hər 10 baş heyvan üçün iki yaşından yuxarı qaramal və atlar olduqda 56 manat, iki yaşınadək iri və xırdabuynuzlu mal-qara və atlar olduqda 22 manat, keçilər olduqda 44 manat cərimə yazılacaq.
Biçənək və otlaq sahələrindən kənarda bu cərimələr müvafiq olaraq iki yaşından yuxarı qaramal və atlara görə 88, iki yaşınadək iri və xırdabuynuzlu mal-qara və atlara görə 36 manat və keçilər üçün 80 manat olacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© BakuPost
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
17 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 17 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
20 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
21 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?




















.jpg)




