ABŞ Ermənistan şirkətinə qarşı sanksiya tətbiq edib
Birləşmiş Ştatlar cümə axşamı İrana qarşı sanksiyaların syahısını genişləndirib.
Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinə istinadən RİA "Novosti" məlumat yayıb.
İran üzrə sanksiya siyahısına bu ölkənin iki hərbi birləşməsi, iki şirkəti və iki təyyarəsi daxil edilib. Söhbət adı artıq sanksiya siyahısında olan şəxs və şirkətlərlə bağlı tətbiq edilən ikinci dərəcəli sanksiyalardan gedir.
Məlumata görə, siyahıda adı keçən iki şirkətdən biri İranın "Mahan Air" aviaşirkətinin İrəvanda ticarət nümayəndəsi sayılan "Flight Travel LLC" Ermənistan şirkətidir. "Mahan Air" artıq ABŞ-ın sanksiyaları altındadır. Bu şirkət Suriyaya sərnişin və silah daşınmasını təmin edir.
"Flight Travel LLC" "Mahan Air"ə kommersiya dəstəyi səbəbindən sanksiyanın təsir riskinə dair xəbərdarlığa məhəl qoymayıb və indi bu, "Mahan Air"in adından fəaliyyət göstərdiyinə görə sanksiya siyahısına daxil edilən üçüncü şirkətdir", - deyə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Eyni səbəbdən İranın "Qeshm Fars Air" aviaşirəti və onun iki "Boeing 747" tipli təyyarəsi də sanksiya altına düşüb. O həmçinin İran İnqilabı Keşikçiləri Korpusu ilə əlaqədə ittiham olunub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
2 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
3 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
10 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)









.jpg)







