“Rəqiblərdən baha satmaq istəyirsiz?” – bu barədə moskvalı biznes-trener Bakıda danışacaq

(®) “Rəqiblərdən baha satmaq istəyirsiz?” - bu cür inanılmaz uğurlu satış reseptiylə Rusiyanın təcrübəli biznes-trenerlərindən biri olan Yevgeniy Kolotilov Azərbaycan auditoriyasıyla bölüşəcək.
"Magma Pr&Events" şirkətinin təşkil etdiyi tədbir Bakıda 12 fevral tarixində 9.00-14.00 saatlarında "Holiday Inn" otelində baş tutacaq.
Biznes sahibkara daha çox gəlir gətirməlidir. Lakin güclü rəqabət şəraitində, müştərilərin getdikcə qənaətcil olduğu dövrdə şirkətlər məhsul və xidmətlərinin qiymətlərini endirməyə məcbur olurlar. Və beləliklə, də haqlı bir sual ortaya çıxır – necə etməliyik ki, məhsulu rəqiblərdən nəinki daha baha sata, hətta ziyana uğramadan satışdan gəlir də əldə edə bilək.
Uğurlu satış sirrini bizə Yevgeniy Kolotilov açacaq – bu dəfə Satış adamlarını psixoloq, konsultant və ya marketoloq deyil, məhz SATIŞ adamı öyrədəcək. Onun əsas səriştələri: b2b satışları (business to business), nəticəli danışıqlar (negotiations skills), yüksək qiymətlə satışlar.
Master-klasın əsas məqsədi: satış departamenti əməkdaşlarında – müştərinin qiymətlə bağlı şübhə və etirazlarını aradan qaldıran ünsiyyət modeli formalaşdırmaqdır. Əməkdaşlarınız şirkətinizin qiymətlərini qorumağı və endirimsiz satmağı öyrənəcəklər.
- Ən ƏSAS MƏQAMI unutmayın: hətta siz müştəriyə hansısa məhsulu planladığınızdan qat-qat baha satsaz belə, məhsul ona 100% faydalı olmalıdır ki, müştəriniz razı qalsın və bütün tanışları və dostlarına sizin xidmət və məhsullarınızdan danışsın. O dəfələrlə sizə qayıdacaq, özüylə başaqa müştəri də gətirəcək. Yevgeniy Kolotilov bundan tam əmindi.
Master-klasda nələr olacaq?
1. Qiymət etirazının yaranma səbələri.
2. Satış prosesində qiymət və dəyər.
3. Qiymət üzrə etirazların profilaktikası.
4. Tipik səhvlər və qiyməti endirməməyə imkan verən düzgün ifadələr.
5. Qiymət təqdimatı qaydaları.
Master-klas Azərbaycan dilinə sinxron tərcüməylə, rus dilində keçəcək. Tədbirdə iştirak etmək istəyirsizsə “Standart”, “Biznes” və “Premium” iştirak paketlərindən birini əldə edin. İştirak paketlərini Endirimlə almaq istəyirsizsə o zaman 30 yanvar 2019-cu il tarixədək qeydiyyatdan keçin və paketinizə ENDİRİM qazanın.
Treninqdə iştirak və biletlərin əldə edilməsiylə bağlı bütün suallarınıza +994 50 3654571 nömrəsindən cavab ala bilərsiz.
Yevgeniy Kolotilovla “Rəqiblərdən baha satmaq istəyirsiz” master-klası haqqda ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiz: https://www.facebook.com/events/288604518516341/
O cümlədən tədbirin saytından: http://edutain.by/baku
Yevgeniy Kolotilovun Bakıda keçirəcək master-klası haqqında videosuna baxa bilərsiz:
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
