Neftin büdcə gəlirlərinə təsiri minimuma endirilir - YENİ QAYDA
Yeni büdcə qaydasının hesablanması mexanizmi neft qiymətlərindəki dəyişkənliyin büdcə gəlirlərinə təsirini minimuma endirməyi hədəfləyir.
Maliyyə Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, Dekabrın 18-də Prezident İlham Əliyev “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası” təsdiq edilməsi haqqında fərman imzalayıb.
Qəbul edilən Qaydaya əsasən büdcə qaydasının əsas hədəf göstəricisi olan icmal büdcə xərclərinin yuxarı həddi iki üsulla hesablanır və onlardan daha kiçiyi yekun göstərici kimi qəbul edilir. Birinci üsula əsasən icmal büdcə xərclərinin yuxarı həddi ölkənin Xalis maliyyə aktivləri (XMA) nəzərə alınmaqla icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmaların cəmi kimi hesablanır. İkinci üsul isə icmal büdcə xərclərinin yuxarı həddini cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinə 3%-lik nominal artım tempinin tətbiqi əsasında hesablayır.
Eyni zamanda icmal büdcə xərclərinin bu qayda ilə hesablanmış yuxarı həddi icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti üzrə qoyulmuş aşağıdakı hədəflərə uyğun olmalıdır:
1) Hər il qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti əvvəlki ilin müvafiq göstəricisindən az olmalıdır;
2) Qeyri-neft baza kəsri orta və uzunmüddətli dövrdə qoyulmuş hədəflərə uyğun olmalıdır. Bu hədəflər ortamüddətli dövr üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən ediləcəkdir.
"Büdcə qaydasının tətbiqi dövlət büdcəsinin neft qiymətlərindəki volatillikdən asılılığının azaldılmasına və fiskal intizamın əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə töhfə verəcəkdir.
Dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə 2018-ci ildə qəbul edilən struktur islahatlar, xüsusilə də 2020-ci ildən başlayaraq dövlət büdcəsinin Orta Müddətli Xərclər Çərçivəsi əsasında qurulması artıq dayanıqlı fiskal çərçivənin və yüksək dərəcədə fiskal intizamın olmasını tələb edir. 2019-cu büdcə ili üçün icmal büdcə xərclərinin yuxarı həddinin büdcə qaydası əsasında hesablanması da məhz daha təkmil fiskal idarəçiliyin əsasını qoyacaqdır.
Qaydanın tətbiqi ilə neft qiymətlərindəki volatilliyin büdcə gəlirlərinə təsirinin minimallaşdırılması hədəflənir, bu da indiyə qədər büdcənin neft gəlirləri və büdcə xərclərinin arasındakı müsbət dinamika ilə əlaqədar ortaya çıxmış büdcə siyasətinin protsikliyinin kontr-tsikliklə əvəz olunmasına imkan verəcəkdir. Büdcə siyasətində kontr-tsikliyə nail olmaq, yəni neft gəlirləri ilə büdcə xərclərinin dinamikasında tərs mütənasiblik neft gəlirlərindəki volatilliyin büdcə xərclərinə mənfi təsirlərinin önlənməsi baxımından əhəmiyyətlidir. Belə ki, neft gəlirlərinin kəskin düşdüyü dövrdə büdcə xərclərinin azaldılması ölkədə iqtisadi aktivliyin zəifləməsinə, neft gəlirləri artdığı dövrdə isə büdcə xərclərinin artması ilə yumşaq büdcə siyasətinin tətbiqi iqtisadiyyatın “ifrat hərarətlənməsi”nə yol açır. Təsdiqlənmiş büdcə qaydası neft gəlirləri azalan zaman ehtiyatlar hesabına büdcə xərclərinin kəskin azalmasının, neft gəlirləri yüksəldikdə isə gəlirlərin Dövlət Neft Fondunda ehtiyatların toplanmasına yönəldilməsi ilə büdcə xərclərində kəskin artımın qarşısını almaqla büdcə siyasətinin neft qiymətlərindən tərs mütənasibliyini təmin edilməsinə yönəlib",- Maliyyə Nazirliyinin məlumatında deyilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
1 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 11 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb


























