"Cins heyvanlar yerli cinslərdən 3 dəfə çox gəlir gətirir"
Mal-qaranın cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsi, konkret olaraq sahibkara nə verir?
Kürdəmir rayonun ən iri yaşayış məntəqələrindən olan Mollakənd kənd sakini, ailə fermer təsərrüfatının başçısı Ənvər İbrahimov bu suala cavab verərək deyib: “Cins mal-qara məhsul istehsalında əsaslı artım deməkdir. Əvvəllər yerli cinsdən olan inəklərdən gündə 4-5 litr süd sağırdıq. İndi isə inəklərimiz simmental cinsindəndir və 18-20 litr süd verir. Bir yaşında cöngədə 250 kiloqramadək ət olur. Ümumiyyətlə, cins heyvanlar yerli cinslərdən 3 dəfə çox gəlir gətirir. Əvvəllər yerli inəklər saxlamışıq, indi isə hamısı cinsdir. Gərək naxırın cins tərkibini dəyişdirəsən ki, yaxşı da qazanc götürəsən”. Fermer sözünə davam edərək bildirdi ki, təkcə ilin ötən dövründə 7 baş cins buzovları olub və hər buzova görə dövlət ona 100 manat subsidiya verib.
Ə.İbrahimov ailəliklə heyvandardır. X sinifdə oxuyan oğlu İsa da maldarlığa bağlıdır. Ailə fermer təsərrüfatında hazırda 17 baş cins heyvan var. Fermer inəklərin sayının 50 başa çatdırılması üçün bütün imkanlarını səfərbər edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
16 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
18 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
19 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















