Azərbaycanda ucuz mikrosığortalar satılacaq
Son illərdə sığorta sektorunun maliyyə dərinliyinin artmasına baxmayaraq, Asiya İnkişaf Bankının maliyyə inklüzivliyi üzrə sorğusunun nəticələrinə görə, müştərilərin 58 faizi sığorta xidmətləri barədə məlumatlı deyil və bu müştərilərin təxminən yarısının (49 faiz) sığorta şirkətlərinə inamı aşağıdır.
“Marja” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində bildirilir.
Yol Xəritəsində qeyd edilir ki, bu hal sığorta fəaliyyətini məhdudlaşdırmaqla, bir çox müştəriləri, kiçik və orta sahibkarlıq subyektlərini yüksək riskə məruz qoyur. Proseslərin sadələşdirilməsi və aşağı xərcli mikrosığorta məhsullarının tətbiqi istehlakçıların, kiçik və orta sahibkarlıq subyektlərinin risklərini idarə etmək imkanlarını artıra bilər.
MİKROSIĞORTA NƏDİR?
Mikrosığorta bazarının inkişafı aşağı gəlirli ev təsərrüfatlarına daha az sığorta haqqı müqabilində sığortalanma imkanı yaradır. Qanunvericilikdə mikrosığorta mexanizminə dair müddəa nəzərdə tutulmamışdır və bu sığorta növü inkişaf etməmişdir.
“Hərtərəfli normativ hüquqi çərçivə mikrosığorta bazarının inkişafı üçün vacib amildir. Bu zaman effektiv nəzarətin həyata keçirilməsi ilə yanaşı, mikrosığorta təklifinin formalaşdırılması və xidmətin effektiv şəkildə ev təsərrüfatlarına çatdırılması təşviq olunmalıdır”,- Yol Xəritəsində bildirilir.
QEYRİ- KOMMERSİYA ƏSASLI SIĞORTA – MÜŞTƏRƏK SIĞORTA
Müştərək sığorta. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri mövcud qanunvericiliyə əsasən “ənənəvi”, yəni kommersiya əsaslı sığorta fəaliyyətini həyata keçirsə də, qeyri-kommersiya əsaslı müştərək sığorta məhsulu təklif etmirlər. Ənənəvi sığorta riskin ötürülməsinə, əməkdaşlıq sığortası isə risklərin bölüşdürülməsinə əsaslanan sığorta münasibətləri sistemidir. Azərbaycanda qeyri-kommersiya əsaslı əməkdaşlıq sığortasının formalaşdırılmasına ehtiyac vardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























