Sığorta şirkəti Lənkaranda filialını açdı
ASC “Standard İnsurance” Sığorta Şirkəti, Lənkaran rayonunda yeni Cənub filialını müştərilərin xidmətinə veib.
Şirkətin yaydığı məlumata görə, yeni ofisin tərtibarı, ümumi sahəsi 93.7 m2, iki mərtəbədən ibarətdir. Bölgədə ən iri sahəli xidmət ofisinə malik nümayəndəlikdə, müraciət edən müştəriləri aidiyyatı üzrə qəbul etmək üçün xüsusi sahələr ayrılmışdır. əlavə olaraq personal üçün istirahət və təlim otaqları hazırlanmışdır.
Qeyd edək ki, açılış mərasimində ASC "Standard İnsurance" Sığorta Şirkəti-nin İdarə Heyətinin sədri, departament və şöbə rəhbərləri, həmçinin “ Ata Bank” Lənkəran filialının Müdüri, “Bank Respublika” filialının müdüri İslam Kamalov, “Azsığorta” Filialın direktoru, “Meqa Sığorta” filial müdüri, Polmalayt otelin müdüri Əzizov Rəşad, Lənkəran çörək zavodunun müdüri Mahir İbrahimov və Lənkaran Dövlət Universitetinin Beynalxalq Əməkdaşlıq şöbəsinin müdüri Zaur Məmmədov iştirak ediblər.
Müasir tələblərə tam cavab verən, müştəri məmnunluğunu təmin etmək üçün hər bir şəraitə malik olan yeni nümayəndəlik Akademik Zərifə Əliyeva küçəsi 96A ünvanlarında fəaliyyət göstərir.
"ASC "Standard İnsurance" Sığorta Şirkəti, müştəri məmnuniyyətinə nail olmağı əsas tutaraq xidmət dairəsini nümayəndəliklər vasitəsi ilə genişləndirir, bu cür təşəbbüsün əsas məqsədi yalnız Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün növ sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını təmin etməkdir. Bununla yanaşı Şirkət baş verən sığorta hadisələri zamanı peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ və yüksək səviyyədə xidmətin göstərilməsini əsas tutur",- şirkətin məlumatında deyilir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
Geely Group satışlarda rəqiblərini geridə qoyaraq liderliyini təsdiqləyir
- 6 saat əvvəl
-
-
13 saat əvvəl
Aqrar sığorta zərfinə yeni bitkilərin əlavə ediləcək – MÜSAHİBƏ
- 1 gün əvvəl
- 4 gün əvvəl
-
4 gün əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
- 4 gün əvvəl
- 4 gün əvvəl
- 4 gün əvvəl
- 5 gün əvvəl
-
5 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
Aqrar sığorta zərfinə yeni bitkilərin əlavə ediləcək – MÜSAHİBƏ
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Xalq Bankdan Novruza özəl endirim təklifi
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
Tramp: Netanyahuya İranın enerji obyektlərini vurma dedim
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi

















