Vergilərin 75%-i özəl sektordan yığılıb
Azərbaycanda qeyri-neft sektorundan dövlət büdcəsinə 4 mlrd. manatdan çox vəsait daxil olub
Azərbaycandakı mövcud əlverişli investisiya mühiti iqtisadiyyatın qeyri-neft sektorunun artmasına mühüm təsirini göstərməkdədir.
Bu barədə məlumat “Vergilər” qəzetində qeyd olunub.
Məlumatda bildirilib ki, 2018-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatın qeyri-neft sektorunda 1% artım qeydə alınıb: “Bu sahəyə investisiya qoyuluşlarında stimullaşdırıcı və təşviqedici siyasətin yürüdülməsi mühüm rol oynayır. Təşviqedici mexanizm iqtisadiyyata yerli və xarici investisiyanın həcminin yüksəlməsinə səbəb olub. Eyni zamanda, yerli istehsalçılara və ixracatçılara investisiya təşviqi üzrə güzəştlərin verilməsi qeyri-neft sektorunda istehsalın və ixracın artmasına gətirib çıxarıb. 2018-ci ilin ötən 10 ayı ərzində sahibkarlara 3 milyon manatdan artıq ixrac təşviqi vəsaiti ödənilib ki, bu da stimullaşdırıcı vasitələrdən biri kimi, mühüm rola malikdir”.
Qeyd edilib ki, qeyri-neft sektorunun inkişafı bu sahədə vergi daxilolmalarının da artmasına səbəb olub. 2018-ci ilin ötən 10 ayı ərzində büdcəyə daxil olmuş vergilərin 25,1%-i dövlət, 74,9%-i isə qeyri-dövlət sektorunun payına düşüb. Həmin dövrdə qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmi 4 milyard 63,1 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsində fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən ödənilmiş vəsaitlərin həcmi isə 3 milyard 4,5 milyon manata bərabər olub.
“Qeyri-neft daxilolmalarının həcminin artırılmasında başlıca istiqamətlərdən biri kimi vergidən yayınmaların qarşısının alınması məqsədilə nağd hesablaşmaların məhdudlaşdırılması və transfert qiymətlərinin tətbiqinə nəzarətin gücləndirilməsi, ƏDV-nin vergitutma bazasının genişləndirilməsi kimi tədbirlərin görülməsi nəzərdə tutulur. Aparılan vergi siyasəti ona hesablanıb ki, həm də əlavə mənbələr hesabına vergi bazası genişləndirilsin, vergi daxilolmalarının həcmi artırılsın. Hazırda vergi qanunvericiliyində nəzərdə tutulmuş dəyişikliklərin və vergi siyasətinin əsas hədəflərindən biri sahibkarların fəaliyyətinin genişləndirilməsi, yeni istehsal, xidmət sahələrinin yaradılması və nəticədə onların gəlirlərinin artmasından ibarətdir. Vergi yükünün azaldılması, tətbiq olunan vergi güzəştləri və vergidən azadolmalar, eləcə də dövlətin verdiyi digər dəstək tədbirləri də qeyri-neft sektorunda çalışan sahibkarları təşviq etmək məqsədi daşıyır”, - deyə məlumatda vurğulanıb.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
-
5 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Ən çox oxunanlar
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
İran: ABŞ ilə heç bir danışıqlar aparılmır
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur






















