Azərbaycanda ilk: 680 torpaq sahibi birləşərək kooperativ yaratdı

Yaxadəllək və Beşdəli kənd sakinləri torpaqlarını birləşdirərək ilk kooperativin əsasını qoyublar
Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında 31 oktyabr 2018-ci il tarixində Sabirabad rayonun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində “SABİRABAD RAYONU BİRLİK İSTEHSAL KOOPERATİVİ” yaradılıb. Bu barədə "Marja"ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
16 İyul 1996-cı il tarixdə imzalanmış “Torpaq islahatı haqqında Azərbaycan Respublİkasının Qanunu”na uyğun olaraq Yaxadəllək və Beşdəli kəndlərinin vətəndaşlarına ümumilikdə 1100 ha torpaq sahəsi verilib.
Bu torpaq sahəsinin hal-hazırda 850 hektarı “SABİRABAD RAYONU BİRLİK İSTEHSAL KOOPERATİVİ”nin tərkibində birləşib. Kooperativin tərkibində 133 ailənin birləşməsinə baxmayaraq, uzun illər ərzində vətəndaşlar arasında aparılan alqı-satqılar nəticəsində dövlət aktlarının sayı 198 nüsxə təşkil edir.
Kooperativdə birləşən şəxslərdən 380 nəfəri kişi, 300 nəfəri isə qadındır. 680 nəfərlik kooperativdə orta hesabla adam başına 1.25 hektar torpaq sahəsi düşür.
Aqrar sektorun inkişafının effektivliyinin təşkili, torpaqlardan səmərəli istifadə, fermerlərin gəlirlərinin artırılması üçün birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativlərinin yaradılması başlıca amillərdən biridir. Kənd təsərrüfatı sahəsində kiçik əmtəə istehsalından rəqabət qabiliyyətli məhsul istehsalına keçmək, innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazarda çıxışı təmin etmək üçün ən optimal yol kooperativlərin inkişaf etdirməkdən keçir. Kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafı ilə əlaqədar olaraq “Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanunu qəbul edilmiş və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli 996 nömrəli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” hazırlanıb.
Kooperativlərin yaradılmasında başlıca məqsəd ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək, məhsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperatv üzvlərinin iqtisadi, sosial və digər maraqlarını qorumaqdır. Fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşməsi onların təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliyinin yüksəldilməsinə, məhsulların rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcək. Torpaq və digər əmlakın birləşdirilməsi ilə kooperativ təsərrüfatın yaranması fermerlərə öz aralarında fəaliyyət bölgüsü aparmağa imkan verəcək, həmçinin iri investisiya layihələrinin tətbiqinə, mövcud texnikadan qarşılıqlı istifadə edilməsinə, yeni texnikaların alınmasına, bank ödənişlərinin vaxtında həyata keçirilməsinə imkan yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
21 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
