Devalvasiyanın yeksan etdiyi kredit təşkilatı
Bir vaxtlar 230 milyon manatdan çox böyüklüyə malik olan "Finca Azərbaycan" təxminən 28 dəfə kiçilib.
“Finca Azərbaycan” qeyri-bank kredit təşkilatı 2016-cı ildəki 23 milyon 894 min manat zərərdən sonra 2017-ci ili 6 milyon 131 min manat xalis mənfəətlə başa vurub. Bu mənfəət təşkilatın biznes fəaliyyətindən qaynaqlanmır. “Finca Azərbaycan”, kreditorlardan əldə edilmiş güzəşt gəliri və təşkilatın kiçilməsi ilə bağlı olaraq azalan xərclər hesabına mənfəət təmin edib.
“Marja” xəbər verir, ötən il kredit təşkilatının mənfəət vergisindən əvvəlki gəliri 10 milyon 47 min manat təşkil edib. Halbuki, “Finca Azərbaycan”ın 2016-cı ildə mənfəət vergisindən əvvəl 20 milyon 382 min manat zərər etmişdi.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Təşkilatın faiz gəlirləri 2016-cı ildəki 19 milyon 724 min manatdan ötən il 4 milyon 95 min manata düşüb (dəfəyə yaxın azalma). Həmçinin kreditorlardan alınmış güzəştlər üzrə gəlir 17 milyon 401 min manat təşkil edib. Bu gəlir təşkilatın xərclərini bağlamağa kifayət edib.
“Finca Azərbaycan”ın ötən il mənfəətə çıxmasına - xərclərini kəskin azaltması, ehtiyatlara ayırmanın aşağı düşməsi və xarici valyuta ilə əməliyyatlar üzrə mənfəət əldə etməsi səbəb olub.
Təşkilatın inzibati və digər əməliyyat xərcləri 16 milyon 478 min manatdan 7 milyon 496 min manata düşüb.
Əgər "Finca Azərbaycan" 2016-cı ildə ehtimal olunan kredit itkiləri üçün yaradılan ehtiyata 29 milyon 230 min manat ayırmışdısa, 2017-ci ildə bu məbləğ 895 min manat təşkil edib.
AKTİVLƏRİ 8 MİLYONA DÜŞÜB
Hesabatda qeyd edilib ki, 31 Dekabr 2017-ci il tarixində “Finca Azərbaycan” 8 milyon 203 min manat, 2016-cı ilin sonunda isə 49 milyon 256 min manat cəmi aktivlərə malik olub.
Ötən il “Finca Azərbaycan” saytında yerləşdirdiyi hesabatında, 2015-ci ilin sonunda 230 milyon 392 min manat, 2016-cı ilin sonunda isə 87 milyon 216 min manat cəmi aktivlərə malik olduğunu açıqlamışdı. Həmin hesabatda, təşkilatın 2016-cı ili 38 milyon 661 min manat zərər ilə başa vurduğu qeyd edilmişdi. Yeni hesabatda göstərilən rəqəmlər tam fərqlidir.
Bir vaxtlar 230 milyondan çox cəmi aktivlərə malik olan təşkilatın ötən ilin sonunda təxminən 8 milyon manat cəmi aktivlərə malik olması diqqəti cəlb edir. Bu kiçilmə devalvasiyanın nəticəsində baş verib.
"FİNCA Maliyyə göstəriciləri – 2017" hesabatına görə, müştərilərə verilmiş xalis kreditlər 2016-cı ilin sonundakı 31 milyon 298 min manatdan 3 milyon 320 min manata geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
4 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























