Fed faiz qərarını açıqlayıb
ABŞ Mərkəzi Bankının (Fed) Noyabr iclası başa çatdı. İqtisadçıların gözlədiyi kimi, Fed faiz dərəcəsini dəyişmədi.
"Marja" xəbər verir ki, Fed faizləri 2,00%-2,25% aralığında sabit saxlayıb, ancaq faizlərin artırılmasının mərhələli davam edəcəyinin siqnallarını verib.
Fed-in, ABŞ-ın iqtisadiyyatının və əmək bazarının güclü olduğuna dair açıqlaması Dekabr ayında faiz artırılacağı gözləntisini gücləndirib.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) Noyabr iclasının qərar mətnində, iqtisadi fəaliyyətin güclü bir şəkildə davam etdiyi, risklərin tarazlı vəziyyətdə olduğu, işsizlik nisbətinin azaldığı və inflyasiya hədəfinin çox az miqdarda dəyişdiyi bildirilib.
Güclü iqtisadi artım, yüksək gömrük tarifləri və artan maaşlar inflyasiyanı dəstəkləyir.
Federal Açıq BAZAR Komitəsinin (FOMC), Vaşinqtonda keçirdiyi iki gün davam edən toplantıdan sonra verdiyi açıqlamada, "iqtisadi fəaliyyətin güclü bir nisbətdə artmaqda olduğunu" və məşğulluq artımlarının "güclü olduğunu" qeyd edib və düşən işsizlik nisbətinə diqqət çəkib. Digər tərəfdən, Fed, "daha mərhələli" faiz artıracağı sözünü təkrarlayıb.
FOMC açıqlamasında, risklərin "demək olar ki, balanslı" göründüyünü qeyd edib və beləliklə Sentyabr iclasında istifadə etdiyi dili dəyişdirməyib.
Fed rəsmiləri, Dekabr ayındakı iclasda 2018-ci ilini dördüncü faiz artırımı üçün açıq qapı buraxıb.Fed 2018-ci ildə artıq 3 dəfə faiz artırıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
8 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 20 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























